2018-11-29 20:30:45 | TƏDQİQATLAR-ANALITIKA
Balanslaşdırılmış daxili və xarici siyasət bizi yeni qələbələrə doğru ruhlandırmaqdadır

.

Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir.

Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi təşkil edir. Uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri ilə yaxın münasibətlər qurub. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Belarusiyaya və Türkmənistana rəsmi səfərləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Artıq beşinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edir. Təbii ki, bu münasibətlərin əsasını hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir. Prezidentlər arasında bütün görüşlərdə olduğu kimi, sonuncu görüş zamanı da hər iki dövlət başçısı Azərbaycan-Belarus əlaqələrinin daha da inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu vurğuladılar.

Tərəflər arasında doqquz vacib sənəd, ən əsası isə Azərbaycan Prezidenti və Belarus Prezidentinin birgə bəyanatı imzalandı. Xüsusilə qeyd etmək lazımdır ki, bəyanatın altıncı bəndində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT TŞ-nın məlum qətnamələri və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinın aydın şəkildə ifadə olunması bir daha göstərdi ki, Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır və hər iki dövlət istər ikitərəfli münasibətlər sistemində, istərsə də beynəlxalq arenada biri-birini səmimi və ciddi şəkildə dəstəkləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana birgünlük səfəri çərçivəsində hər iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında, 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair, keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə, eyni zamanda hər iki ölkənin Elmlər Akademiyaları arasında sənədlərin imzalanması hər iki dövlətin gələcək münasibətlərin inkişafında maraqlı olduğunu göstərdi.

Bu səfərlər bir daha onu göstərir ki, Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət dünyada hörmətlə qarşılanaraq, həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Baxış sayı : 1362
QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22