CƏMİYYƏT
A- A A+

TÜRKPA Katibliyinin diplomatik heyəti Cocuq Mərcanlıda

2018-11-29 08:25:37

TÜRKPA Katibliyinin diplomatik heyəti noyabrın 27-də Cocuq Mərcanlıya səfər edib

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız, TÜRKPA komissiyalarının katibləri Emin Həsənov və Kanatbek Kurmanbekovdan ibarət heyətlə görüşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlara Cocuq Mərcanlının tarixi, eləcə də kəndin düşməndən geri alınmasından sonra görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 2016-cı ilin aprel qələbəsindən sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olub. Kəndin bərpasının ilk mərhələsinə 2017-ci ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamı ilə başlanılıb. 50 fərdi ev, məktəb, məscid, elektrik yarımstansiyası, hidrometereoloji stansiya, avtomobil yolu və digər müvafiq infrastruktur tikilib, kənd qaz, elektrik enerjisi və içməli su ilə təmin olunub. Ötən il iyunun 15-də Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Cocuq Mərcanlı kəndində bərpa işləri davam etdirilib. İkinci mərhələdə daha 100 ev tikilib, kəndin infrastrukturu genişləndirilib.

Altınbek Mamayusupov Cocuq Mərcanlıda Azərbaycan hökuməti tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, TÜRKPA-ya üzv ölkələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı yekdil mövqeyini xüsusi vurğulayıb. Bildirib ki, bu mövqe Assambleya tərəfindən qəbul edilmiş bəyannamələrdə də əks olunub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri kənd əhalisi ilə görüşüb, orta məktəbdə olub, məşhur Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı məscidini ziyarət ediblər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 466

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...