SOSİAL
A- A A+

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaranmasının 20-ci ildönümü

2018-11-29 08:10:52

.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaranmasının 20-ci ildönümü ilə bağlı Azərbaycanda ATATÜRK Mərkəzində gənc yazarların, Birlik qurucuları və Gənəş (Məsləhət Şurası) üzvlərinin iştirakı ilə konfrans keçirilib. Konfrans Azərbaycan, Qazaxıstan, Türkiyə, habelə digər türk ölkə və topluluqlarında yubileylə bağlı tədbirlərin təşkili, işıq üzü görəcək nəşrlərin müzakirəsi və DGTYB-nin çalışmalarında fərqlənmiş şəxslərin təltifedilməsinə həsr olunub.

Ankara, Ərzurum, Kərkük, Təbriz, Maku və Ufadan Bakıya gəlmiş yazar qonaqların iştirak etdiyi tədbirdə açılış sözü ilə çıxış edən DGTYB Məclis üzvü Əfsanə Ələsgərli, 20 il öncə o dövrki gənc yazarların ideyası əsasında yaradılmış Birliyin bugün, öz çalışmaları ilə gənc istedadların üzə çıxarılması, türk ölkə və topluluqları arasında ədəbi-mədəni ilişkilərin inkişafı, ortaq dəyərlərin təbliği sahəsində, bir sözlə, ortaq keçmişdən ortaq gələcəyə aparan yolda öz töhfələləri ilə seçildiyini deyib.

Daha sonra DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çıxış edərək DGTYB-nin 20 illik fəaliyyətində, yaradılması və bu günə gəlib çatmasında zəhməti olan hər kəsə təşəkkür edib. O bildirib ki, Azərbaycan başda olmaqla, türk dünyasının müxtəlif ölkə və topluluqlarındakı yazar qurunmları, nüfuzlu yazıçılar və istedadlı gənclərlə işbirliyi quran DGTYB, artıq türk dünyası gənc yazarları üçün doğma ocağa çevrilib. DGTYB üzvü olan hər bir istedadlı yazarımız ədəbiyyata öz töhfəsini verir və bunun sonuxcudur ki, DGTYB-nin nəşr etdirdiyi antologiyalar, müəllif kitabları oxucular tərəfindən ilgi ilə qarşılanır. Uzun illər DGTYB-nin Uluslararası koordinatoru olmuş Kərküklü yazar dr. Şəmsəddin Kuzəçi əlamətdar yubiley münasibəti ilə Birlik üzvlərini təbrik edib və DGTYB-nin qurulması və ilkin dövrlərdəki çalışmalarından söz açıb. O qeyd edib ki, 20 il müddətində DGTYB bir çox uğurlar əldə edib, yalnız Azərbaycanda deyil, ümumtürk coğrafiyasında nüfuzlu təşkilata çevrilə bilib.

Mərkəzi qərargahı Ankarada yerləşən Türkmaneli Kültür Mərkəzinin başçısı dr. Mustafa Ziya, yenə Kərkükdən tanınmış yazar, araşdırmaçı Necat Kevsəroğlu, Başıqrdıstan Dövlət Gənclər Ödülü laureatı Aygiz Baymuxammet, tanınmılş Ufa tatar bəstəçisi, nəğməkar şair Ramil Çuraqul, AMEA NİZAMİ ad. Ədəbiyyat İnstitutunun əməkdaşı, Güney Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin araşdırmaçısı dos.dr. Pərvanə Məmmədli, AYB-nin Mətbuat katibi Xəyal Rza, Təbrizdən gəlmiş tanınmış şair ÇALĞIN Məhəmməd, “Səni deyirlər” mahnısı ilə ün qazanmış gənc sənətçi İbrahim Əlizadə, Pərvanə Məmmədli, Əruzumdan gəlmiş gənc ozan Semih İpek, Milli TeleRadio Şurasının əməkdaşı, şair, dr. Həyat Şəmi və digər qonaqlar DGTYB-nin 20 illik yubileyi ilə bağlı ürək sözlərini bildiriblər. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri prof.dr. Almaz Ülvi (Binnətova) Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi müdirinin DGTYB-yə ünvanladığı təbrik məktubunu oxuyub və təşkilata uğurlar arzulayıb, gənc yaqzarların çiyinlərinə düşən çətin və şərəfli missiyanın fərqində olduqlarına inamını ifadə edib.

Tədbirin sonunda DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya TÜRKSOY-un baş katibi prof.dr. Düsen Kaseinovun adından plaket, həmçinin DGTYB quru¬cu¬larından tanınmış ədib dos.dr. Rəsmiyyə Sabirə TÜRKSOY-un klassik Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə təsis etdiyi medal təqdim edilib. Bununla yanaşı, DGTYB-nin bir neçə mənsubuna TÜRKSOY-un “Təşəkkür Bəlgəsi”, İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin Bağdadda yerləşən Türkman Bürosunun “Diplom”u, Kərkük Kültür Dərnəyinin “Xidmət Ödülü”, Türkmaneli Kültür Mərkəzinin “Təşəkkür bəlgəsi”, Təbrizdə fəaliyyət gös¬tə¬rən “Saz¬SözOcağı”nın “Fəxri Fərman”ı, Başqurdistan Yazıçılar Birliyinin “Fəxri Fərman”ı və DGTYB-nin “Onur bəlgəsi” təqdim edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 215

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...