SOSİAL
A- A A+

Pirallahıda "Təhsildən - peşəyə" adlı tədbir keçirilib

2018-11-28 20:25:41

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təhsildən - peşəyə" başlığı altında tədbir keçirilib

27 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təhsildən - peşəyə" başlığı altında tədbir keçirildi. 168 №-li orta məktəbdə keçirilən tədbirdə Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və müəllim kollektivlərinin üzvləri, rayon ziyalıları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək qeyd etdi ki, peşəyönümlü gənc nəslin təlim-tərbiyə işləri sistemində mühüm yer tutan problemlərdən biri olub, yeniyetmə və gənclərə həyatda öz yerini düzgün tapa bilməsi, özlərinin arzusuna, marağına, başlıcası isə qabiliyyət və bacarığına müvafiq peşə və ixtisas seçmələrində kömək göstərir. "Uşaqların elm öyrənməsi, sənət seçməsi, peşə sirlərinə yiyələnməsi kimi məsələlər gənc nəslin formalaşmasında xususi yer tutur. Yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir" - deyə bildirildi.

Tədbirin qonağı kulturoloq, tarix elmləri doktoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov bildirdi ki, peşə seçən hər bir gənc öz peşəsinə, ixtisasına ürəkdən bağlansın, onu sevsin, daha böyük uğurlar əldə etməyə çalışsın və onda seçdiyi peşə ilə gələcək karyerasını qura bilmək əminliyi yaransın ki, bununla da hər kəs öz bacarıq və qabiliyyətinə müvafiq peşəyə , ixtisasa yiyələnmiş olsun. Gələcəkdə cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında daha fəal, yaradıcı fəaliyyət göstərə bilsin. Hər kəs həyatda öz yerini düzgün tapa bilsin. Ölkədə kadr axıcılığına yol verilməsin.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili öz çıxışında İctimai Birliyin fəaliyyətindən bəhs edərək, birliyin əsas məqsədinin şagirdlərin peşəyönümü ilə bağlı düzgün istiqamətləndirilməsini təşkil etmək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. İbtidai sinif şagirdlərinin ifasında peşələrlə bağlı nümayiş olunan musiqili kompozisiya, yuxarı sinif şagirdlərinin peşə seçimi ilə bağlı kulturoloq, tarix elmləri doktoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovla dialoqları və keçirilən test tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi sədrinin müavini Aytən Əsgərova İradə Əlilinin yeni çapdan çıxmış "Xocalı....Şahidlər danışır" kitabını 168 saylı orta məktəbin direktoru Mehparə Mansırovaya təqdim etdi. Sonda kulturoloq, görkəmli alim Fuad Məmmədov Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və pedoqoji kollektiv üzvləri ilə səmimi görüşə görə minnətdarlığını bildirərək, məktəblilərə öz tövsiyələrini verib, gələcək işlərində uğurlar arzulayıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 339

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...