QHT və MEDİA
A- A A+

Hikmət Babaoğlu: Boğaziçi Sammiti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm beynəlxalq platformadır

2018-11-28 08:00:52

Boğaziçi Sammiti Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən “Beynəlxalq Əməkdaşlıq Platforması” tərəfindən 2011-ci ildən etibarən hər il təşkil olunur

Builki Sammit “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi altında keçirilir. Bu deviz əslində hazırda bütün dünyanın ehtiyac duyduğu ən ümdə məsələdir. Dünyanın gələcəyi də bu devizin nə qədər uğurla həyata keçirilməsindən asılı olacaq. Çünki bu gün təməlləri qoyulan siyasi paradiqmalar sabahın siyasi reallıqlarını müəyyən edəcək. Bu fikirləri AZƏRTAC-a artıq doqquzuncu dəfədir təşkil edilən Boğaziçi Sammiti ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan da müharibəyə cəlb edilmiş ölkədir və Ermənistan tərəfindən ərazilərinin 20 faizi işğal olunub. 1994–cü ildən bəri atəşkəs rejimi tətbiq edilsə də, Ermənistanın işğalçı ordusu daim təmas xətti və sərhəd boyunca Azərbaycan ərazilərini atəş altında saxlayır, dinc əhalini hədəfə çevirməklə faktiki müharibə vəziyyəti yaradır. Ona görə də bu gün qarşıdurmadan, müharibə şəraitində yaşamaqdan, terrora məruz qalmadan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır və ölkəmizin sülhə çox ehtiyacı var.

Hikmət Babaoğlu qeyd edib ki, Boğaziçi Sammiti məhz bu həqiqətlərin dünyaya çatdırılması baxımından Azərbaycan üçün beynəlxalq platformadır. Sammitdə Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məhz bu məsələlərə diqqəti çəkərək inkişafın və sülhün bərqərar olması üçün, ilk növbədə, işğal faktına son qoyulmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın sülh istədiyini bildirən Prezidentin köməkçisi ölkəmizin bunun üçün mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması yaratmağa nail olduğunu bildirdi.

Deputat vurğulayıb ki, əgər regionda və dünyada doğrudan da sülh istəyiriksə, birgə səylə böyük bir siyasi coğrafiyada tüğyan edən terror və hibrid müharibə probleminə son qoymalıyıq. Bundan başqa, Boğaziçi Sammitində “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, "Sülh üçün müdafiə və təhlükəsizlik”, "Gələcəyin texnologiyalarına doğru”, "İqtisadi inkişafın təşkilində medianın rolu” və digər bu kimi aktual mövzular da müxtəlif panellərdə fəal müzakirə predmeti kimi müəyyənləşdirilib ki, bu mövzuların hər biri olduqca mühüm problem kimi öz həllini gözləyən məsələlərdir. Müsbət haldır ki, ölkəmiz bu tipli beynəlxalq konfransda görülməli işlərlə bərabər, öz təcrübəsinə istinadən artıq gördüyü işlərdən də danışa bilir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 451

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...