SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür

2018-11-28 07:50:20

Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Bakıda Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli Ramzan Əhmədoviç. Sizi Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz xalqlarımız arasında ənənəvi qardaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Çeçen və Azərbaycan xalqları əsrlər boyu dostluq edirlər, bir-birini dəstəkləyirlər və bu gün bizim münasibətlərimiz yeni səviyyəyə çıxır. Buna görə mən Sizi bizim əziz qonağımız kimi ölkəmizdə salamlamağa çox şadam. Fürsətdən istifadə edərək, Sizi və bütün qardaş çeçen xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə görə təbrik etmək istərdim. Mən bilirəm və Sizin respublikanıza səfər edənlər mənə danışırlar, televizorda da görürəm ki, şəhərlər necə dəyişir, respublika çiçəklənir və bir çox sosial, infrastruktur məsələləri həll olunur. Bilirəm ki, bütün bunlar Sizin şəxsi nəzarətiniz və rəhbərliyiniz altında baş verir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar”.

Prezident İlham Əliyev əlavə edib: “Bildiyiniz kimi, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır. Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir. Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur. Yəqin bilirsiniz ki, Vladimir Putinin səfəri zamanı sizin də nümayəndələrinizin olduğu Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Buna görə də bir daha demək istəyirəm ki, münasibətlərimiz tarixə, qardaşlığa əsaslanır. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək. Bir daha xoş gəlmisiniz”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 446

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...