İQTİSADİ
A- A A+

SOCAR-da neft-qaz layihələrində milli kontent mövzusunda seminar keçirilib

2018-11-27 19:25:05

Noyabrın 27-də SOCAR-da neft-qaz layihələrində yerli resurslardan istifadənin artırılması, yerli şirkətlərin və milli kadrların neft və qaz layihələrində iştirakının təşviqi məqsədilə “Neft və qaz sənayesində Milli Kontent: anlayış, tətbiqi və qanunvericilikdə əksi” mövzusunda seminar keçirilmişdir

Fact-info.az-a daxil olan məlumata görə, seminar “Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsinin” icrası çərçivəsində baş tutmuşdur. Seminarda layihələrdə yerli resurslardan istifadənin cari vəziyyəti və gələcək potensialı barədə fikir mübadiləsi aparılmışdır. Seminarın işində dövlət qurumları, beynəlxalq məsləhətçi şirkətlər, universitetlər, yerli və beynəlxalq şirkətlər daxil olmaqla, 50-ə yaxın təşkilatdan 100-dək ekspert iştirak etmişdir.

Əvvəlcə tədbirdə SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, Xalik Məmmədov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər dövlət qurumlarının nümayəndələri mövzu ilə bağlı çıxış etmişlər. McKinsey, OMNİ hüquq şirkəti və BP Eksploreyşn (Kaspian Si) limited tərəfindən milli kontentin inkişafına xidmət edən cari dövlət proqramları barədə məlumat verilmiş, müvafiq qanunvericilik aktlarının təhlili, eyni zamanda beynəlxalq təcrübə və neft və qaz layihələrində operatorluq təcrübəsi barədə təqdimatlar keçirilmişdir. Daha sonra, milli kontentə dair cari aktual məsələlərin müzakirəsi məqsədilə ekspertlər arasında dəyirmi masalar təşkil olunmuşdur.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 658

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...