CƏMİYYƏT
A- A A+

Azərbaycan Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrilib

2018-11-27 09:25:54

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşüb

Görüşdə komitə sədri Əli Hüseynli Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yüksək sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı və quruma üzv ölkələrlə əlaqələrə xüsusi önəm verir. Azərbaycanın Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrildiyini qeyd edən komitə sədri son illər ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Hüseynli qeyd edib ki Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. “Lakin təəssüflər olsun ki, bu sənədlər hələ də icra olunmur. Bu məsələyə Avropa İttifaqı və digər beynəlxalq qurumlar səssiz qalmamalıdır”,- deyə komitə sədri vurğulayıb.

Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden səfərinin məqsədlərindən danışaraq deyib: “Azərbaycana ilk səfərim olmasına baxmayaraq, ölkə ilə bağlı kifayət qədər məlumatlıyam. Regionun istər geosiyasi, istərsə də iqtisadi durumundan xəbərdaram. Bu səfər zamanı əsas məqsəd regiondakı vəziyyətlə bağlı daha dolğun məlumat əldə etməkdir”. Söhbət zamanı terrorizmlə və onun maliyyələşdirilməsi ilə mübarizə məsələləri, ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun vacibliyi, terrorizmi yaradan səbəblərin aradan qaldırılmasının həlli yolları və s. kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 343

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...