QHT və MEDİA
A- A A+

İKİ DÖVLƏT TƏK MİLLƏT sevgisi qəlblərdə daim yaşayacaqdır

2018-11-05 12:05:20

.

Böyük Türk dünyasının dahi liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” Heydər Əliyevin isə “Bir Millət İki Dövlət” kəlamlarına daim xidmət etmək məqsədi ilə Türkiyədə fəaliyyət göstərən Medya Birliyinin Genel Başkanı və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Türkiyə Respublikasındakı nümayəndəliyinin sədri Sərdar Akyolun dəvəti ilə 29 oktyabr 2018 ci il tarixdə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Uluxanlı Elşən, Milli Qəhrəmanlar Quliyev Zabit və Məmmədov Sahil məllimlə birlikdə Ankaraya gedərək bir xalq olaraq daim birlik və bərabərliyimizi bütün dünyaya nümaiş etdirmək məqəsdi ilə bir neçə işgüzar görüşlər keçirtmişlər.

30 oktyabr 2018 ci il tarixdə Başkent Platformu Genel Başkanı Mustafa Kurt bəy Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin nümayəndə heyətini qəbul edərək bir xalq olaraq daim birlik və bərabərliyimizi bütün dünyaya nümayiş etdirmək məqəsdi ilə hər bir an türk xalqının yanında olduqlarını, birlik və bərabərliyimizi bütün dünyaya çatdırılması istiqamətində qarşıda duran tədbirlər barədə müzakirələr aparılaraq gələcəkdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılaraq bir neçə mövzu istiqamətində tədbirlərin keçirilməsi qərara alınmışdır.

Daha sonra Ülkü Ocakları Eğitim ve Kültür Vakfı Genel Başkanı, Millət Vəkili Olcay Kılavuz bəy makamında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Uluxanlı Elşən, Milli Qəhrəmanlar Quliyev Zabit və Məmmədov Sahili qəbul etmişdir. Olcay Kılavuz bəy qardaş azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Milli Qəhrəman adına layiq görülmüş şəxslərlə görüşmə sevincini yaşatdıqlarına və dəvətini qəbul edib gəldiklərinə dərin minnətdarlığını bildirərək Azərbaycanın Milli Qəhrəmanlarını Türkiyədə tanıdılması istiqamətində tədbirlərin keçirilməsinin vacibliyini bildirdi. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı “Bir millət iki dövlət” və “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” dahi Türk xalqının Liderləri tərəfindən söylənmiş kəlamlarını daim yaşatmaq və bu mənalı sözlərin mənasını gənclərə aşılamaq məqəsdi ilə həyata keçirtmək istədikləri tədbir barədə məlumat verdikdən sonra, müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanları adlı kitabdan bir nüxsə Olcay bəyə hədiyyə olaraq təqdim etmişdir.

Olcay Kılavuz bəy layihənin həyata keçirilməsinin vacibliyini bildirərək bu istiqamətdə lazımı işlərin həyata keçirilməsi barədə tapşırıqlar verərək bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılmışdır.

Görüşün sonunda Olcay Kılavuz bəy Elşən Uluxanlını, Milli Qəhrəmanlar Zabit Quliyevi və Sahil Məmmədovu, Ülkü Ocakları Eğitim ve Kültür Vakfı tərəfindən hazırlanmış türk bayrağı rozeti ilə təqdim etmişdir.

31 oktyabr tarixində, Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyinin sədri Elşən Uluxanlı, Milli Qəhrəmanlar Zabit Quliyev, Sahil Məmmədov və Milli Qəhrəmanın oğlu Rəvan Məmmədov MHP lideri Devlət Bahçeliyi ziyarət etmişlər. Görüş zamanı Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyinin sədri Elşən Uluxanlı MHP lideri Dövlət Baxçalıya hər bir zaman qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycanı canı-könüldən müdafiə edərək dəstəklədiklərinə və Bir Millət iki dövlət olmanın haqqını səmimiyyətlə yerinə yetirdiklərinə görə təşəkkür etmişdir.

Görüş zamanı Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyinin sədri Elşən Uluxanlı MHP lideri Devlət Baxçalıya Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə misilsiz xidmətlər göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu Milli Qəhrəmanlar adlı kitabını hədiyyə etmişdir.

Elşen Uluxanlı bir millət iki dövlət anlayışını yaşadaraq gələcək nəslin də bu ruhda böyümələri üçün Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyi tərəfindən həyata keçirtmək istədikləri tədbirlər barədə məlumat verərək mütamadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirtməklə dahi liderlərimizin ruhları qarşısında olan mənəvi borcumuzu yerinə yetirməklə bir daha birlik və bərabərlik içində olduğumuzu dünyaya bəyan etmiş olacağımız barədə MHP lideri Dövlət Baxçalıya məlumat vermişdir. MHP lideri Devlət Baxçalı Azərbaycanı müdafiə etmək hər bir türkün mənəvi borcu olduğunu və Qarabağ işğaldan azad edilən son günə kimi Azərbaycan xalqının yanında olacaqlarını və bu istiqamətdə istənilən mübarizədə birlik və bərabərliklərini davam etdirəcəklərini bildirirərək Azərbaycan milli qəhəmanlarının ziyarətlərindən məmnun olduğunu və hər daim Azərbaycanın haqlı davasının yanında olduqlarını ifadə etdi.

MHP lideri Devlət Baxçalı bu istiqamətdə tədbirin həyata keçirilməısinin vacibliyini bildirərməklə yanaşı bu mövzuda bir ilk tədbir olacağını vurğulayaraq Elşən Uluxanlı tərəfindən irəli sürülmüş tədbirin həyata keçirilməsini dəsdəkləyəcəyini bildirərək bu barədə lazımı tapşırıqlarını vermişdir. MHP lideri Devlət Baxçalı Azərbaycanın Milli Qəhrəmanlarınna xatirə olaraq köstəkli saat hədiyyə edərək xatirə şəkili çəkdirmişdir.

Fact-info.az

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 688

QHT və MEDİA

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...