MƏDƏNİ
A- A A+

Sloveniya yazıçısı Mehdi Hüseynzadə haqqında kitab yazıb

2018-11-26 10:00:51

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb

İkinci Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviya və İtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir. Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların dili ilə söylənən xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib. Əsəri Azərbaycan dilinə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

Kitaba yazılmış “Ön söz”də deyir: “Əsərdə müəllif Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illərini, Böyük Vətən müharibəsində onunla bağlı olan və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələrini oxucunun gözləri qarşısında bir sənətkar ustalığı ilə açır. Əsərdə uzun illər ərzində toplanmış nadir faktlar əsasında əfsanəvi partizanın keçdiyi döyüş yolu geniş işıqlandırılır, onun silah və əqidə dostlarının fəaliyyətindən ətraflı bəhs edilir. Nəticədə igid döyüşçünün müharibə illərində sloven, italyan, sovet partizanlarını heyran qoyan, almanları vahiməyə salan neçə-neçə qəhrəmanlıq epizodları ilə tanış oluruq. Kitabda xüsusi xidmət orqanlarının arxivlərindən, şahid xatirələrdən, sənədli-publisistik əsərlərdən və yazıçının öz araşdırmalarından geniş istifadə olunub. Mixaylonun təxribat əməliyyatları arxiv sənədləri əsasında təsvir edilib, bir çox faktlar və şəxs adlar həqiqidir.

Peter Amaliettidinin kitabında qəhrəman Mixaylo barədə bildiyimiz və bilmədiyimiz bir çox məqamlar yenidən araşdırılıb, müharibə illərində Sloveniyada baş verən ictimai-siyasi proseslərə qiymət verilib. Maraqlıdır ki, əsərdə Mixaylo həm faşistlərə qarşı mübarizə aparan partizan, həm də Sloveniya milli-azadlıq hərəkatının sadiq əsgəri kimi qələmə verilir. Yazıçı öz qəhrəmanının dili ilə Azərbaycan və Sloveniya arasında tarixi paralellik aparır, hər iki xalqın təcavüzə, soyqırımına məruz qaldığına, azadlıq və müstəqillik uğrunda mücadilə apardığına dair konkret faktlar göstərir.

Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2013-cü ildə rus dilində işıq üzü görüb. Əsər Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü ilə dilimizə tərcümə olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 658

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...