QHT və MEDİA
A- A A+

Ordu ilə ictimaiyyət münasibətləri yüksək səviyyədədir

2018-11-26 09:45:53

Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri, eləcə də ictimaiyyətin nümayəndələri tez-tez Ordumuzun müxtəlif hərbi hissələrində, ön xətdə yerləşən bölmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində şəxsi heyətlə görüşür, onlar üçün yaradılan xidməti şəraitlə yaxından tanış olur, təklif və tövsiyələrini verirlər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordu ilə ictimaiyyət arasında əlaqələrin gündən-günə genişlənməsi həm şəxsi heyətin döyüş ruhunu, mənəvi-psixoloji hazırlığını, vətənpərvərlik hissini yüksəldir, həm də xalqın öz ordusuna, onun gücünə və qüdrətinə inamını daha da artırır. Noyabrın 24-də nazirliyin hərbi hissələrindən birinin qonağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, respublikanın Əməkdar artisti, dosent Azad Şükürov hərbi şəhərcikdəki xidməti, inzibati binalar və digər obyektlərə baş çəkərək şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub. Hərbi qulluqçularla görüşən A.Şükürov onların qayğıları ilə maraqlanıb, ideoloji otaqda fərdi söhbətlər aparıb və əsgərlərlə birlikdə nahar edib. A.Şükürov qeyd edib ki, Ordumuz yarandığı ilk gündən özü də “Döyüşən teatr” kimi tanınan Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi ilə birlikdə bölgələrə səfərlər edib, qızğın döyüşlərin getdiyi bir vaxtda əsgərlərimizə mənəvi dayaq olublar. O, oğlunun ali təhsilini başa vurduqdan sonra cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində xidmət etdiyini də fəxrlə xatırlayıb. “Hər dəfə hərbi hissələrə gedərkən bir yeniliyin şahidi oluram. Yeni hərbi şəhərciklər, maddi-texniki bazanın möhkəmlənməsi, hərbi qulluqçuların peşəkarlığının artması bir ziyalı kimi məni də sevindirir. Cari ildə keçirilən hər iki hərbi paradda Ordumuz sərəncamında olan silah və texnikanın yalnız bir qismini nümayiş etdirdi. Ancaq mən şahidəm ki, Ordumuz daha böyük hərbi gücə malikdir. Azərbaycan Ordusunun bugünkü vəziyyətinin tam əksinə olaraq, təcavüzkar Ermənistan ordusu acınacaqlı durumdadır. Hətta Ermənistan rəhbərliyi belə ordularındakı mənfi halları etiraf etmək məcburiyyətində qalıb. Ermənistan ordusunda fərarilik halları, qeyri-döyüş itkiləri çoxalır, xəstəlik baş alıb gedir, təminat məsələlərində özbaşınalıq, rüşvətxorluq, oğurluq adi hala çevrilib. Əsgərlərin valideynlərinin etiraz dalğası artıq ölkəni bürüyüb. Bütün bunlar Ermənistan kütləvi informasiya vasitələrinin, eləcə də yerli və xarici ekspertlərin yaydıqları dəhşətli xəbərlərdir. Bu gün mən hərbi hissəni ziyarət etməklə bir daha bu qənaətə gəldim ki, həqiqətən də Azərbaycanda Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi, ərazi bütövlüyümüzün təmin edilməsi məsələləri ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Aparılan müstəqil, təmkinli, məqsədyönlü siyasət nəticəsində işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək”, - deyə Azad Şükürov bildirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 543

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...