TƏDQİQATLAR
A- A A+

“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix”

2015-08-12 09:30:54

Nəhayət “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının təqdimatı oldu. Təqdimat mərasimi 10 avqust saat 14 -də BMM-də keçirildi

Onu qeyd edək ki,   bu kitab  araşdırmalar zamanı toplanmış məlumatlar əsasında çap olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin  “Virtual məkanda  Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması” layihəsi çərçivəsində  1918-ci il  soyqırımı hadisələrinin tədqiqatı   davam etdirilib.

 1918-ci il soyqırımı hadisələrinin tədqiqat işinin davamı olaraq son 6 ildə Azərbaycanın  bir sıra bölgələrinə,  Bakı şəhəri daxil olmaqla, Quba, Şamaxı, Qobustan, Ağsu, Neftçala rayonlarının 30-a yaxın kəndinə səfərlər təşkil olunub. 100-dən artıq  insanla söhbət aparılıb.

Aparılan bu araşdırmalar bir  neçə istiqamətdə olub.   Azərbaycanın maddi və mədəniyyət resurslarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına qarşı törədilən vəhşiliklər haqqında  məlumatlar toplanılıb.

  Həmçinin   kitabda  1918-ci il hadisələrinə  qədər  baş verən  tarixi proseslər, ermənilərin  hansı  məqsədlərlə və  birbaşa kimin dəstəyi ilə Cənubi  Qafqaza  koçürülməsi prosesi geniş təhlil olunub. Tədqiqatlar zamanı müxtəlif arxiv,  kitab, internet  və KİV   yazılarına  istinad  olunmaqla bərabər  1918-ci illə bağlı   canlı şahiddlərlə  və  məlumatlı insanlarla müsahibələrə üstünlük verilib. Həmin şahidlərin və məlumatlı  insanların  verdiyi bəzi  informasiyalara  heç bir arxiv  materiallarında,  kitablarda rast gəlinmir.  Yalnız  “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabında ilk dəfə yerləşdirilib.

  Bu  kitabın yazılmasında əsas məqsədlərdən biri də   1918-ci il  azərbaycanlıların başına  gətirilən həmin soyqırımlara  bir daha nəzər salmaqla  yaddaşları silkələmək,   məlumatlı və  o hadisələrin şahidlərini dinləmək,   ümumilikdə tarixi prosesləri təhlil etməkdən ibarət olub.

 Təbii heç bir soyqırımı, xalqa,  millətə qarşı törədilən  qəsdlər, cinayət hadisələri heç vaxt  unudulmur.  Lakin burada ən ədalətli  münasibət o olar ki,  törədilən cinayət faktlarına dünyada ədalətli münasibət olsun. Cinayəti törədən cəza alsın, həmin soyqırıma hüquqi və siyasi qiymət verilsin. Təəssüf ki, bu gün bunların heç biri baş verməyib.

  Bu gün ən ciddi problemlərdən biri odur ki,  geniş  dairələr   1918-ci illə bağlı həqiqətdən xəbərsizdir.  Həmin qüvvələrə bu  hadisələrin mahiyyətini çatdırmaq üçün  daha innovativ, cəlbedici  təbliğat  vasitələri üzərində dayanmaq lazımdır.

 Təbii ki, keçirilən hər bir tədbirin məqsədlərindən biri odur ki,  dünya ictimaiyyəti   bu  münaqişə haqqında ətraflı məlumat əldə etsin,  saxtakarlıq edən erməni tərəfinin  mahiyyəti  bilin-sin. Əgər bu məlumatlar hədəfə  yetərincə çatmırsa,  deməli, nəyi isə dəyişmək lazımdır. 

 Burada baş verən  faciələrin  və ümumilikdə, konfliktin tədqiqindən, kitabların yazılışından, daxili və xarici auditoriyanın  bütün bunları necə  öyrənib qəbul etməsindən başlamaq lazımdır. Çünki müasir tarixşünaslığımızın  yazılışında, gənc nəslə çatdırılmasında  bir çox hallarda  problemlərin şahidi oluruq. Deməli,  bu ağrıları  hər kəs  daxilində yaşatmaldır,  milli faciələrimizə də həssaslıqla yanaşmalıyıq. 

  1918-ci il mart soyqırımlarının araşdırılmasında dəstək olan,  həmin  hadisələr haqqında bildiyi məlumatları bizə çatdıran, ümumilikdə, bu işə dəstəyini göstərən hər bir şəxsə öz dərin  təşəkkürümü  bildirirəm.  Bütün şəhidlərimizin, soyqırımı zamanı dünyasını dəyişən  soydaşlarımızın ruhu şad olsun!  

 

 

 
 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1378

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...