QHT və MEDİA
A- A A+

Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir

2018-11-22 08:55:09

Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib. Azərbaycan müdafiə nazirinin, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin üçüncü üçtərəfli görüşünün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Y.Güler deyib: “Görüşdə bölgədə və dünyada sülhün, sabitliyin təmin olunmasının mühüm əhəmiyyət daşıdığı bu günlərdə yaxın regionda baş verən proseslərlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Toplantıdakı müzakirələrimizdə, eləcə də ikitərəfli görüşlərimizdə dost və qardaş ölkələrimizin mövqelərinin bir-birinə yaxın olduğu bir daha vurğulandı. Xüsusilə, regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, mövcud problemlərin sülh yolu ilə həlli, ölkələrin beynəlxalq hüquq əsasında ərazi bütövlüyünün qorunması məsələlərində Türkiyə, Azərbaycan və Gürcüstan olaraq eyni mövqedəyik”. Ordu generalı Y.Güler bildirib ki, 2015-ci ildə Türkiyədə keçirilən ilk görüşdən sonra dost və qardaş ölkələrimiz arasında başlayan və gündən-günə güclənən üçtərəfli əməkdaşlıq bu gün uğurla davam etdirilir. Qonaq növbəti – dördüncü üçtərəfli görüşün Türkiyədə keçiriləcəyini bildirib, xoş arzularını diqqətə çatdırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 254

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...