TƏDQİQATLAR
A- A A+

Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib

2018-11-20 08:40:16

Noyabrın 19-da Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” adlı sənədli film ABŞ ictimaiyyətinə təqdim olunub

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi və Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Minəvvər Vahabova hər daşında əcdadlarımızın irsi uyuyan İrəvan haqqında faktların Amerika ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, Azərbaycan İrəvanının tarixi, məscid arxitekturası fransız, rus, ingilis, erməni alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır. Bununla yanaşı, film Ermənistan-Azərbaycan “Sülh platforması”nın fəaliyyətini işıqlandıraraq Azərbaycanın sülhməramlı çağırışlarını, tolerant mövqeyini geniş xarici ictimaiyyətə bəyan edir.

Filmin nümayişindən sonra çıxış edən BMT-nin qeyri-hökumət təşkilatları ilə əlaqələr üzrə baş meneceri Jon Lieçti, Bruklin prezidentinin rusdilli icmalar üzrə köməkçisi Marietta Rozental, Amerikada dağ yəhudiləri icmasının rəhbəri Yakov Abramov, Özbəkistan icmasından Gülşən Marşall, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova, Türkiyə icmasından Tulin Corakçı Anit, Florida-Azərbaycan Amerika Assosiasiyasının rəhbəri Töhfə Eminova və başqaları filmin sülhməramlı ovqatını, nadir kitabların və sənədlərin yer almasını, dağıdılmış İrəvan məscidlərinin şəhərin xəritəsində dəqiq yerləri göstərilməklə canlandırılmasını önəmli xüsusiyyət kimi qeyd ediblər. Təbir çərçivəsində Florida, Texas, Meyn, Şimali Karolina, Minnesota ştatlarından gəlmiş Azərbaycan diasporasının nümayəndələri maraqlı ictimai müzakirəyə qatılıblar.

Tədbirdə Azərbaycanın ABŞ-daki səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri Vüqar Məmmədov və Səlhət Abbasova iştirak ediblər. Komitənin Amerika regionu şöbəsinin müdir müavini S. Abbasova filmlə bağlı fikirlərini bölüşüb, xarici ölkələrdə bu kimi ictimai müzakirələrin önəmini vurğulayıb.

Sonda çıxış edən Şəlalə Həsənova “İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili" layihəsinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirildiyini bildirərək, milli donora, tədbirin təşkilatçısına, Azərbaycanın ABŞ-dakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, qonaqlara təşəkkürünü bildirib.

Tədbirin sonunda Şəlalə Həsənovaya Nyu-York şəhəri Bruklin bölgəsinin başçısı Erik Adamsın təşəkkürnaməsi təqdim olunub.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 134

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...