SİYASƏT
A- A A+

“Ermənistan tərəfi mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər güdür”

2018-11-19 07:05:41

“Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir”

Fact-info.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib. H. Hacıyev bildirib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədi güdür: “Qeyri-qanuni fəaliyyətlər nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni faktlar nəticə etibarilə münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi və niyyəti bundan ibarətdir”. O qeyd edib ki, həmçinin Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətlər həyata keçirməklə mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər də güdür: “Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Birincisi, ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni, qeyri-şəffaf və qanunsuz maliyyə və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirki pulların yuyulması kimi fəaliyyətlər də qeyd edilməlidir”. PA rəsmisi deyib ki, digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi, işğal edilmiş ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud olan maddi-mədəni, o cümlədən dini abidələrin arxitektur xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi kimi siyasətin aparılmasıdır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 242

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...