SİYASƏT
A- A A+

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

2018-11-17 20:05:09

Beynəlxalq cinayətlər törətmiş şəxslərin cəzalandırılması Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr yalnız ölkəmizin ərazisinin işğalı ilə deyil, həm də soyqırımı cinayəti, insanlığa qarşı hərbi cinayətin törədilməsi ilə nəticələnib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Kiyevdə Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında “Beynəlxalq cinayətlərin milli və beynəlxalq səviyyədə qarşısının alınması: çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş paneldə çıxışı zamanı deyib.

Azay Quliyev ölkəmizin təcrübəsindən bəhs edərkən qeyd edib: “Baxmayaraq ki, Azərbaycan Roma statutunu imzalamayıb və bununla da Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb, lakin soyqırımı, insanlıq əleyhinə, müharibə cinayəti və işğal cinayəti haqqında hüquqi məsuliyyəti öz milli qanunvericiliyinə daxil edib və Roma statutunun müsbət təcrübəsindən yararlanır. Bundan başqa, “Beynəlxalq cinayət haqqında” qanun layihəsini hazırlamaq və beynəlxalq cinayətin təqibi sahəsində müsbət təcrübəni milli qanunvericiliyə gətirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinin hüquq şöbəsinin müdiri, professor Nizami Səfərovun rəhbərliyi ilə xüsusi işçi qrupu yaradıb”.

Milli Məclisin deputatı bildirib ki, Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda azərbaycanlılara qarşı beynəlxalq cinayət törətmiş 305-dən çox erməni millətçisinin cinayət əməlləri haqqında Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər aidiyyəti qurumlar tərəfindən kifayət qədər dəlil və sübutlar toplanılıb və Baş Prokurorluq tərəfindən onlar haqqında cinayət işi açılıb. Baş Prokurorluq tərəfindən indiyə kimi 7500-dən çox istintaq fəaliyyəti həyata keçirilib və cinayət törətmiş bir çox şəxslər haqqında İnterpolda axtarış elan edilib. Lakin təəssüflər olsun ki, biz hələ də bu caniləri tapıb cinayət məsuliyyətinə cəlb edə bilmirik.

“Dünən keçirilən müzakirələr zamanı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” üzrə ayrıca Tribunalın yaradılması haqqında təklif səsləndirdim. Hesab edirəm ki, beynəlxalq cinayət törətmiş şəxslərin cəzalandırılması və belə bir tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər. Cəzasızlıq isə yeni cinayətlərə yol açır”, - deyə ATƏT PA-nın vitse-prezidenti əlavə edib. Deputat çıxışında Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 139

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...