SOSİAL
A- A A+

Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

2018-11-17 09:35:57

ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Kaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Dövlət Komitəsinin son 6 ayda gördüyü işləri əks etdirən bir neçə videoçarx nümayiş olunub. Sonra Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniyada Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.

Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəflərini diqqətə çatdırıb. Dövlət Komitəsinin rəhbəri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri ilə görüşlər, görülən işlər barədə danışıb. Azərbaycanlıların Koordinasiya Şuraları haqqında söz açan Dövlət Komitəsinin sədri ayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər, eləcə də Komitənin gələcək planları barədə geniş məlumat verib. Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 567

QHT və MEDİA

2020-02-17 08:25:26

QHT və MEDİA
Mülazim Pahsa: Ermənistanın baş nazirini...
Mülazim Pahsa: Ermənistanın baş nazirini...

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölk...

2020-02-15 08:30:29

QHT və MEDİA
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...

2020-02-06 10:00:30

İQTİSADİ
Azərbaycanın dinamik inkişafının ən səci...
Azərbaycanın dinamik inkişafının ən səci...

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərə...