SOSİAL
A- A A+

“Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah”

2018-11-16 10:50:06

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxslərinin, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib. Vurğulayıb ki, xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir. Diqqətə çatdırılıb ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür. Azərbaycanda təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradıldığını bildirən Dövlət Komitəsi sədrinin birinci müavini tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğunu deyib. Əlavə edib ki, Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini əks etdirir.


Kateqoriya : SOSİAL Baxış sayı : 396

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...