İQTİSADİ
A- A A+

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni qurğular quraşdırılacaq

2018-11-15 20:40:33

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində "Larsen&Toubro" şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru Heydər Əliyev adına NEZ-ə gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaqdır. Reaktorun uzunluğu 32,7 metr, eni 8,4 metr, hündürlüyü isə 6,6 metrdir

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru "Larsen&Toubro" şirkətinin Hindistanın Hazira vilayətində yerləşən zavodundan uzun qoşqulu tırlarda Adani limanına və buradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına gətirilmişdir. Konstansa limanında karqo çay gəmisinə yüklənərək, Volqa-Don kanalı vasitəsilə Bakıya, “Neftqaztikinti” trestinin “Zığ” istehsalat sahəsinə çatdırlmışdır. Bundan sonra Reaktor çoxqoşqulu tırlar vasitəsi ilə Heydər Əliyev adına NEZ-in iş sahəsinə gətirilmişdir.

Zavodun Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində ilkin olaraq Dizelin hidrotəmizlənməsi qurğusu üçün nəzərədə tutulmuş avadanlıqlardan hidrogenizatın buxarlandırıcısı (32-K-001) kolonu NEZ-ə çatdırılmışdır. “Tekfen” şirkətinə məxsus uzunluğu 34 metr, diametri 4 metr və 2,6 metr, çəkisi 150 tona yaxın olan bu avadanlıq Türkiyənin Dərincə vilayətindən Qaradəniz-Volqa-Don kanalı-Xəzər dənizi marşurutu ilə 35 gün müddətinə Heydər Əliyev adına NEZ-ə çatdırılmışdır. Həmçinin kükürdün alınması qurğusu üçün nəzərdə tutulmuş “AMD international SRL” şirkətinin istehsalı olan 130 ton çəkiyə malik 2 ədəd termoreaktor və “Daekyung Machinery& Engineering Co. td” tərəfindən istehsal olunmuş 6 ədəd dizelin hidrotəmizlənməsi qurğusunun reaktorunun xammalının qızdırılması üçün istidəyişdiricilər də artıq zavoda çatdırılmış, quraşdırılma prosesinə start verilmişdir.

Xatırladaq ki, layihənin planlaşdırılan tarixlərdə tamamlanmasını təmin etmək üçün reaktorun istehsalına 2017-ci ilin iyul ayında müqavilənin imzalanmasından dərhal sonra başlanmış və tamamlanması, ümumilikdə, 14 ay çəkmişdir. Ümumilikdə Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 3 mərhələsi çərçivəsində 14 yeni qurğunun inşası nəzərdə tutulur. I mərhələ cari ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi ilə yekunlaşacaq. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyətli dizel yanacağının alınması, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyətli benzin məhsullarının istehsalı nəzərdə tutulur. Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5-8 milyon tona qədər artırılacaq, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı mümkün olacaqdır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcəkdir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 487

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...