MƏDƏNİ
A- A A+

“Yarımçıq xatirələr” filmi

2018-11-15 11:05:11

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli “Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xızıdakı Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinə həsr olunmuş “Yarımçıq xatirələr” filmi nümayiş olunub

Filmin nümayişindən sonra gənc mədəniyyət işçiləri arasında mövzuya dair müzakirə aparılıb. Müzakirələrdə Azərbaycan kino sənətinin uğurlarından söz açılıb, müasir kinematoqrafların Qarabağ mövzusuna və ümumilikdə, vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduğu vurğulanıb.

Sözügedən filmdə rol almış aktyor, rejissor və ssenarist Rza Rzayev bildirib ki, kino cəmiyyətin ideoloji istiqamətini müəyyənləşdirən institutdur. Dövlətin məqsədlərini həyata keçirmək üçün kino ən mühüm meyarlardan biridir və Azərbaycanda kinonun inkişafına xüsusi qayğı göstərilir. Tədbirdə film və Azərbaycan kinemotoqrafiyası haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2015–ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmov, bəstəkarı Polad Bülbüloğludur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 202

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...