SOSİAL
A- A A+

“Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanları guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi başa çatmışdır

2018-11-14 21:20:52

.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin həyata keçirdiyi “Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanları guşələrinin yaradılmasına ictimai dəstək” layihənin məqsəd və məramı haqqında məlumat vermişdir.

Fact-info.az- a layihə rəhbəri bildirib ki, məqsədimiz Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxsləri gənclər arasında təbliğ etməklə yeniyetmələrimizin və gənclərimizin vətən yolunda canlarını fəda vermiş Qəhrəmanları heç vaxt unutmamalarına, hər bir gənc özünün gələcək işində və həyatında Milli Qəhrəmanların qəhrəmanlıq səlnamələrindən nümunə götürmələrinə nail olmaqdır. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri əlahiddə xidmətlərinə görə 215 nəfər Azərbaycanın Milli Qəhrəmana adına layiq görülmüşdür. Cəmiyyətdə, gənclər arasında vətənpərvərlik hissinin tərbiyəsi və Milli Qəhrəmanlarımızın rəşadətli həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi təşkilatımızın işinin ən önəmli istiqamətlərindən biridir. Bu gün hər bir uşaq, yeniyetmə və gəncin Vətənimizin layiqli vətəndaşı, Torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyüməsi, tərbiyə almasında böyük önəm daşıyan amillərdən birinc olaraq Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə böyük rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxsləri gənclərə təbliğ etməkdən başlayır. Bu məqsədlə Respublikamızın bütün təhsil ocaqlarında 215 Azərbaycanın Milli Qəhrəmanlarının foto şəkillərindən ibarət “Azərbaycanın Milli Qəhrəmanları” adlı guşələrinin yaradılması vacib amillərdən biri olduğunu nəzərə alaraq bu istiqamətdə layihə həyata keçirtmək qərarına gəlinmişdir.

QHT rəhbəri onu da əlavə edib ki, bizim fikrimizə görə, əsl vətənpərvər o şəxsdir ki, vətənin dar günündə onun dərdinə ürəkdən yanan, vətənin hər-hansı probleminin həllində iştirakını özünün müqəddəs borcu bilən və ən əsası, Azərbaycan vətəndaşı olması ilə həmişə fəxr edəndir. Bax bu şəxslərin önündə gedəni məhz Azərbaycanın Milli Qəhrəmanlarıdır. Gənclərimizin Milli Qəhrəmanlarımızı yaxından tanımamaları probleminin həllində əsas çıxış yolu olaraq təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanlartı” adlı foto-güşələr yaratmaqla yanaşı həmin təhsil ocaqlarına Qəhrəmanlarımızın həyatından bəhs edən əlavə vəsaitlərlə təmin etməkdə görürük. Bu məqsədlə həyata keçirilən “Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanları guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi çərçivəsində, Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Sabunçu rayonları və respublikamızın digər bölgələrində o cümlədən Ağdam və Tərtər rayonlarını əhatə etməklə ümumilikdə 100 təhsil ocağında “Azərbaycanın Milli Qəhrəmanları” güşəsinin yaradılmasına nail olunmuşdur. Ümumilikdə isə bu günə kimi, Respublikamızın 300-zə yaxın təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılmasına nail olunmuşdur. Inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, gələcəkdə maliyyə dəstəyi göstərməklə, “Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanları guşələrinin yaradılmasına ictimai dəstək” layihəsinin davam etdirərək Respublikamızın 4700-dən artıq təhsil ocaqlarının hər birində də “Azərbaycanın Milli Qəhrəmanları” adlı guşələrin yaradılmasına nail olunacaqdır.


Kateqoriya : SOSİAL Baxış sayı : 530

QHT və MEDİA

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...