QHT və MEDİA
A- A A+

“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının təqdimatı oldu

2015-08-11 09:25:30

Təqdimat mərasimi 10 avqust saat 14 -də BMM-də keçirildi

Təbiri açan  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, kitabın müəllifi Əkrəm Bəydəmirli  kitab haqqında qısa məlumat verərək dedi: “Araşdırmalar zamanı toplanmış məlumatlar əsasında “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı çap olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin  “Virtual məkanda  Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması” layihəsi çərçivəsində  1918-ci il  soyqırımı hadisələrinin tədqiqatı   davam etdirilib.

1918-ci il soyqırımı hadisələrinin tədqiqat işinin davamı olaraq son 6 ildə Azərbaycanın  bir sıra bölgələrinə,  Bakı şəhəri daxil olmaqla, Quba, Şamaxı, Qobustan, Ağsu, Neftçala rayonlarının 30-a yaxın kəndinə səfərlər təşkil olunub. 100-dən artıq  insanla söhbət aparılıb.

Aparılan bu araşdırmalar bir  neçə istiqamətdə olub.   Azərbaycanın maddi və mədəniyyət resurslarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına qarşı törədilən vəhşiliklər haqqında  məlumatlar toplanılıb.  Həmçinin   kitabda  1918-ci il hadisələrinə  qədər  baş verən  tarixi proseslər, ermənilərin  hansı  məqsədlərlə və  birbaşa kimin dəstəyi ilə Cənubi  Qafqaza  koçürülməsi prosesi geniş təhlil olunub. Tədqiqatlar zamanı müxtəlif arxiv,  kitab, internet  və KİV   yazılarına  istinad  olunmaqla bərabər  1918-ci illə bağlı   canlı şahiddlərlə  və  məlumatlı insanlarla müsahibələrə üstünlük verilib. Həmin şahidlərin və məlumatlı  insanların  verdiyi bəzi  informasiyalara  heç bir arxiv  materiallarında,  kitablarda rast gəlinmir.  Yalnız  “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabında ilk dəfə yerləşdirilib.

Tədbirdə   QHT sədrləri Hacı Ədalət Məhərrəmov, Şamil Sabiroğlu,  Mahirə xanım Əsədova, Rəsmiyyə Vahidova, Mahirə Əmirhüseynova, istefada olan hərbiçi Mustafa Qaramanlı,  Azərbaycan Milli Elmlər Akademiyasının  əməkdaşı Zəkulla Bayramlı,  Həsən Səfəri, bölgələrdə yaşayan tədqiqatçı Əlövsət Qurbanov, jurnalist Şahnaz Azərtürk və digər şəxslər  kitabla bağlı  fikir və təkliflərini açıqlayıblar. 

Fact-info.az

 
 

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1333

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...