SİYASƏT
A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü keçirilib

2018-11-14 09:10:25

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. İndicə cənab Baş nazirlə ölkələrimiz arasında olan münasibətlər, gələcək planlar barədə çox önəmli və maraqlı söhbətimiz oldu. Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Görüşdə dediyim kimi, münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz bunu hörmət, tərəfdaşlıq və Azərbaycana maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın genişləndirilməsində böyük potensialı görürük və əminəm ki, səfər zamanı müzakirə olunan məsələlər gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradacaqdır. İkitərəfli münasibətlərlə bağlı çoxlu işlər görülməlidir. Biznes dairələrinin bir araya toplaşması və gələcək planları müzakirə etməsi də bizi məmnun edir. Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Biz daşımalar sahəsində potensialı müzakirə etdik. Əməkdaşlığımızın vacib hissəsi, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləridir. Bu münasibətlər yaxşı formadadır. Bu il biz “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycan ilə Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə böyük miqyası var. Buna görə, cənab Baş nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm.

Slovakiyanın Baş naziri Peter PELLEQRİNİ dedi:

-Çox sağ olun, Zati-aliləri cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən görüşməkdən məmnunam. Bəli, Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik şəkildə inkişafına xidmət etsin. Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağlı səmərəli danışıqlar apardıqlarını bildirdi. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olundu. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olundu. (Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 336

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...