QHT və MEDİA
A- A A+

Allen Alen: Azərbaycanda dinlərarası harmoniyanın və etnik-dini tolerantlığın şahidi oldum

2018-11-13 09:20:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov noyabrın 12-də Beynəlxalq Vineyard Kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi Allen Alen ilə görüşüb

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə məlumat verən Səyavuş Heydərov Azərbaycandakı etnik və dini dözümlülüyün tarixi ənənələrə əsaslandığını və cəmiyyətimizin tələbi olduğunu deyib. Sədr müavini ölkəmizdə dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. O, həmçinin dünyada etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verildiyi, dini radikalizm və ekstremizm meyillərinin gücləndiyi bir dövrdə sülhə və sabitliyə nail olmaqda tolerantlıq prinsiplərinin təşviq edilməsinin əhəmiyyətinə toxunub. Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin öyrənilməsinə, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirən S.Heydərov bu həqiqətin VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışlarda da etiraf olunduğunu qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan sədr müavini Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsinin, Azərbaycan ərazilərini işğal altında saxlamasının təkcə ölkəmizdə deyil, bütün regionda sülhün bərqərar olmasına, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaratdığını diqqətə çatdırıb. Beynəlxalq Vineyard Kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi Allen Alen Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun gerçəkləşməsi üçün atdığı addımları yüksək qiymətləndirib. Ölkəmizdə şahidi olduğu dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq “Vineyard Azərbaycan” xristian dini icmasının fəaliyyətinə göstərilən dəstəyə və qayğıya görə minnətdarlığını ifadə edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 158

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...