2018-11-13 09:10:04 | AKTUAL
Mərkəzi Asiyada “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı tədbir keçirilib

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, Bakıdakı “Kaspi” qəzeti və eyni adlı təhsil şirkətinin dəstəyi ilə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib

Universitetdə keçirilən tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və idarə heyətinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə gül və çiçəklər düzüblər. Sonra onlar AMM-in təşəbbüsü ilə universitetdə yaradılan Nizami Gəncəvi İrsinin Tədqiqi Mərkəzi ilə tanış olub və foyedə təşkil edilən “Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab və əl işləri sərgisinə baxıblar.

Tədbir çərçivəsində AMM-in, “Kaspi” qəzeti və eyni adlı təhsil şirkətinin layihəsi ilə Daşkənddə özbək dilində işıq üzü görən Hüseyn Cavidin “Seçilmiş əsərləri” kitabı ictimaiyyətə təqdim edilib. Açılış mərasimində çıxış edən universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov Azərbaycan və özbək xalqları arasında tarixi dostluq əlaqələrindən danışıb, AMM-in layihəsini yüksək qiymətləndirib. O, dahi Hüseyn Cavidin əsərlərinin Özbəkistanda həmişə maraqla qarşılandığını qeyd edib, şairin yaradıcılığından bir sıra özbək mütəfəkkirlərinin bəhrələndiyini söyləyib. Rektor ötən əsrin əvvəllərində özbək maarifçilərinin Hüseyn Cavidin əsərlərini özbək dilinə tərcümə etdiklərini, bu əsərlərin Daşkənd və Səmərqənddə səhnələşdirilərək xalqın maariflənməsinə töhfə verdiyini bildirib.

AMM-in direktoru Samir Abbasov qədim zamanlardan Dədə Qorqud, Manas, Alpamış, Koroğlu kimi eposlar yaradan, Nizami Gəncəvi, Əlişir Nəvai, Füzuli, Nəsimi, Babur, Hüseyn Cavid kimi şəxsiyyətlər yetişdirən xalqlarımızın öz mədəniyyəti, ədəbiyyatı ilə qürur duyduqlarını vurğulayıb. Hüseyn Cavid irsinin Azərbaycanda geniş araşdırıldığını qeyd edən S.Abbasov ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi dramaturqun nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi və doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, habelə Prezident İlham Əliyevin Sərəncamı ilə ədibin 135 illik yubileyinin ölkəmizdə və dünyanın müxtəlif yerlərində geniş qeyd edilməsini ədəbiyyatımıza böyük qayğı kimi dəyərləndirib: “Cavidin zəngin fəlsəfi irsi, ölməz əsərləri yaşayır və yaşayacaq, şairin poeziyası və dramaturgiyası dünya romantizm ənənələrindən bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə əbədi olaraq yazılıb”.

Özbəkistan ədəbiyyatının tanınmış siması, akademik Bəxtiyar Nazarov qardaş Azərbaycanla ədəbi əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu qeyd edib, Hüseyn Cavid irsinin daim araşdırılmasına, öyrənilməsinə ciddi ehtiyac duyulduğunu vurğulayıb. “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva romantizm cərəyanının nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə açan Hüseyn Cavidin yaradıcılığında xalqın milli məfkurəsini - türkçülük ideyalarını qorumaq və yaşatmaq kimi böyük missiyaların olduğunu qeyd edib. Vurğulayıb ki, milli məfkurəyə sıx bağlı olan Hüseyn Cavid türk xalqlarının birliyi, maariflənməsi yolunda yorulmadan çalışıb, ədəbiyyatımıza möhtəşəm qəhrəmanların obrazlarını gətirib. O, “Peyğəmbər” pyesində yaratdığı Peyğəmbər obrazı ilə bu mövzuda əsər yazan bütün sənətkarları üstələyib.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyev XX əsr Azərbaycan romantizmi haqqında məruzə edərək, görkəmli şair və dramaturq Hüseyn Cavidin yaradıcılığının poetik fikirlərlə zəngin olduğunu vurğulayıb. Professor Hüseyn Cavid yaradıcılığında Qərb və Şərq obrazlarının qarşılaşdırılmasının bir məqsədə xidmət etdiyini, Şərqin bu gününü və gələcəyini xilas etmək olduğunu söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin tərcümə bölməsinin rəhbəri, dosent Adxambey Olimbeyov, professor Nurbay Cabbarov, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayev, filologiya elmləri doktoru Azər Turan, şair-tərcüməçi Babaxan Şərif və başqaları çıxış edərək zəngin və rəngarəng məzmuna malik olan Hüseyn Cavidin yaradıcılığında ədəbi-bədii, tarixi, dini, fəlsəfi yanaşmadan danışıblar.

Hüseyn Cavidin zəngin irsinin hər zaman öz aktuallığını qoruyub saxladığını qeyd edən alimlər, romantizm cərəyanın nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə yaradan dramaturqun yaradıcılığına nəzər salıblar. Onlar böyük ədibin ayrı-ayrı əsərləri, dramlarındakı qəhrəmanları haqqında söhbət açaraq deyiblər ki, Hüseyn Cavid tarixə həm də özbək xalqının böyük strateq və hökmdarı Əmir Teymurun ölməz obrazını yaradan sənətkar kimi düşüb. Sonra qarşılıqlı olaraq tərəflər bir-birlərinə qarşılıqlı hədiyyələr və kitablar bağışlayıblar.(Azərtac)

Baxış sayı : 709
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08