SİYASƏT
A- A A+

XİN-dən Paşinyana cavab

2018-11-12 18:10:07

.

Ümid edirik ki, Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə Azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın çıxışını şərh edərkən deyib.

L.Abdullayeva deyib: "Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”. XİN rəsmisi daha sonra qeyd edib: "Beynəlxalq Forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır. Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaqdır, hərəkət etməkdir. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır". Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına “Qarabağ həqiqətləri” adlı kitab təqdim edib.

Nazir Elmar Məmmədyarov kitabda “Dünya unutmamalıdır ki, Ermənistan silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq, Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi bərpa etməkdən başqa yolu yoxdur” sözlərini qeyd edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 197

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...