CƏMİYYƏT
A- A A+

Qarışıq fikirlərimizə bir aydınlıq...

2015-08-10 09:15:31

Düşüncələr

Yağış yağır, gah narın-narın, gah  şiddətli, gah da aramla. Yağış... yaz yağışı, payız yağışı, qış yağışı...Qızılı bir payız günü iş otağımdayam. İş saatının başlanmasından o qədər də çox vaxt ötməyib. Hər tərəfdə sakitlik hökm sürür. Mənə illərdən bəri doğma ocağım qədər  əziz olan iş otağımda səssiz-səmirsiz əyləşmişəm. Bayaqdan ara vermədən yağan yağış damlaları otağın pəncərəsinin şüşəsinə çırpılaraq naxış salır, sıra-sıra su şırımlarına çevrilərək axır, pəncərənin şüşəsini yuyaraq daha da şəffaflaşdırır.  Sanki rəssam fırçası kağız üzərində gəzişərək cəlbedici, qeyri-adi lövhə yaradır. Nəzərlərim diqqətimi çəkən  o lövhəyə zillənib. Məni hər gün eyni saatda bu ünvana çatdıran yola açılan pəncərəyə yaxınlaşıb ətrafa boylanıram.  Buna bənzər mənzərənin şahidi oluram. Məsum qəlbim kimi gözü dolmuş pənbə buludlardan süzülən şəffaf damcılar şüşə kimi hamar asfaltı döyəcləyir, kükrəyən selə dönüb küçədən axır.

Aramsız göydən yerə enən damlalar ağacların, kolların, gülün-çiçəyin üzərinə düşərək tozunu yuyur, onları budaqları, yarpaqları arasında məskən salan xırda gəmiricilərdən xilas edir, təbiətin qənirsiz gözəllərini daha da canlandırır və təravətləndirir, torpağın canına hopur. Kənardan baxıb bu sehirli mənzərəni diqqətlə və doyunca seyr edirəm. Xəyal məni uzaqlara- bir çox qayğılardan uzaq, qəlbim saf və ışıqlı arzularla döyünən illərə- şıltaq gənclik çağlarına aparır. Bulaq suyu tək aydın su damlaları sanki bir andaca illərdən bəri beynimdə  toplanıb qalan paslı fikirləri, ziyanverici həşəratlar kimi sinəmi didib parçalayan, qəmlər ağuşunda talanan köksümdən ağrı-acını yuyur.  Qəlbim bir qədər sakitləşir, rahatlıq tapır.  Birdən yağış səngiyir, göydə günəş parlayır. Qəflətən şüasını saçan günəş ətrafı nura boyayır və pəncərəyə düşən işıq zərrələri parıltı yaradır.

Bayaqdan dolan qəmli gözlərim bir andaca gülümsəyir, dodaqlarım: xatirimdə uşaq yaşlarımdan iz salmış bir məşhur el şairinin “Yağ ey  yağış, göydən yerə pay gətir, bol məhsullu bir bahar, gül-çiçəkli yay gətir” misralarını astaca və aramla pıçıldayır.  İnsan qəlbində gözəlliyə sonsuz məhəbbət aşılayan bu sətirlər bir anlığa   köksümdə yatmış duyğuları birdən-birə oyadır. Elə bil ana qədər müqəddəs bir varlıq başıma sığal çəkib bütün qəmin-kədərin heçə varacağını əminliklə söyləyir. Məni ani bir sevinc hissi bürüyür.

Ana təbiətin ruhu oxşayan incə gözəllikləri illərin çətin sınağından çıxa bilməyib əzablar girdabında çabalayan məni sanki qanadlarına  alıb göylərə uçurur.  Mənsə azad quşlar sayaq hey qanad çalmaq, kökü möhkəm-möhkəm torpağa gömülən, başı qarlı dağlar üzərindən şığıyaraq ucalarda qərar tutan qartala  dönmək istəyirəm. Ucalardan enməyən bir dağ qartalına. “Vətənə, elə-obaya xeyirxah əməllərlə yaşamaq ucalıqdır”- deyiblər. Bu ucalıqda qərar tutmaq amalı ilə alışıb-yanmaq istəyirəm. Bir  də ki, “Yaşamaq yanmaqdır, yanasan gərək”- deyib xalq şairimiz Bəxtiyar Vahabzadə.

 Vətən həsrəti ilə alovlanan qəlbimizə bir sərinlik, qarışıq fikirlərimizə bir aydınlıq gətirən bu nur damlalarının hər birimiz üçün əbədi xoşbəxtliyə çağırış simvolu olması ümidilə xəyallar dənizinin dərinliklərinə baş vuran qəvvas kimi məni çulğayan xəyallardan ayrılıram.

 Bir mahnıda deyildiyi kimi: “Bəzən bir ümid, bəzən də göz yaşı gətirir bu payız yağışı”. “Ümidlərimiz pərən-pərən olmasın, kədərli göz yaşlarımız qəlbimizə axmasın, önümüzdə  güllər-çiçəklər açılsın, gözlərimizdən  sevinc qığılcımları saçılsın”-  deyirəm. Ömrün-günün hər vədəsində- bəyaz, şaxtalı qışda,  yağışlı- küləkli payızda, güllü-çiçəkli yazda açılan səhərlərimizin aydın olmasını, keçən günümüzün xeyirlə başa çatmasını diləyirəm. 

 Nailə Süleymanlı      

 
 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1552

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...