CƏMİYYƏT
A- A A+

Əli Həsənov: "Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib"

2018-11-11 09:25:21

Ərəb ölkələrinin aparıcı KİV-ləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Nəbz”, “İmarat nyus”, “Şarcə24”, Misirin “İdaat” saytları, Oman Xəbər Agentliyi, Səudiyyə Xəbər Agentliyi, Səudiyyə Ərəbistanının İƏT UNA agentliyi və digər xəbər portalları bu ölkələrin media nümayəndələrinin Azərbaycana səfərini və səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşünü geniş işıqlandırıb

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Müsahibədə Əli Həsənov Azərbaycanın ərəb ölkələri, eləcə də Misir və Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələrinin olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri ilə əlaqələri inkişaf etdirməyə önəm verir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə cərəyan edən prosesləri yaxından izləyir və bəzi üzv ölkələrin üzləşdikləri münaqişələrin, xüsusilə də Fələstin probleminin, Suriya böhranının tezliklə həllinə ümid bəsləyir. Azərbaycan İslam ölkələri ilə iqtisadiyyat, mədəniyyət, idman sahələrində əməkdaşlığı genişləndirmək istəyir.

İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində iştirak etməkdə maraqlı olan ölkəmiz BMT-də bir sıra diplomatik təşəbbüslər irəli sürüb, Təhlükəsizlik Şurasına sədrliyi dövründə Suriyada hərbi əməliyyatların dayandırılması və Yaxın Şərqdə sabitliyin bərqərar olunması naminə çıxış yolları təqdim edib. Ərəb-İslam ölkələri ilə turizm sahəsində də sıx əməkdaşlıq etmək istəyən Azərbaycan bu ölkələrdən gələn turistlər, eləcə də sərmayədarlar üçün açıqdır. Azərbaycan, öz növbəsində, ərəb-İslam ölkələrinə də sərmayələr yatırıb.

Azərbaycan Prezidentinin köməkçisi ötən il Səudiyyə Ərəbistanında keçirilmiş “əl-Cənadəriyyə” Mədəniyyət və İrs Festivalında iştirak etdiyini, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla, Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla və Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşdüyünü, həmçinin İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında olduğunu xatırladıb. Əli Həsənov Azərbaycanla İslam ölkələri arasında əməkdaşlığın dəstəklənməsi məqsədilə Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə səfər etdiyini də diqqətə çatdırıb. Prezidentin köməkçisi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının fəaliyyətini dəstəklədiyini qeyd edib.

Müsahibəsində Əli Həsənov ölkəmizdəki tolerant və multikultural mühit barədə ətraflı məlumat verib. Bildirib ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda etnik, dini və ya irqi zəmində heç bir münaqişə baş verməyib. Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.

Prezidentin köməkçisi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, Azərbaycanda insan kapitalına sərmayə qoyulmasından, elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs edib. (azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 429

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...