SOSİAL
A- A A+

YAP Pirallahı rayon təşkilatının “Bayraq qürurumuzdur" adlı tədbiri keçirilib

2018-11-09 08:50:57

.

08 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının "Abşeronneft NQÇİ" ərazi ilk partiya təşkilatında "9 Noyabr - Bayraq Günü" ilə əlaqədar "Bayraq qürurumuzdur" başlığı altında bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı "Abşeronneft NQÇİ" ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov bu günlərdə təsis olunmasının 100 illiyini qeyd etdiyimiz üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışdı.

"Abşeronneft NQÇİ"-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Şahmar Hüseynov çıxışında qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir.

Bildirildi ki, ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Müstəqillik əldə etdikdən sonra üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 2009-cu il noyabr ayının 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "9 noyabr - Bayraq Günü" elan olunmuşdur. Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır . Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olundu.


Kateqoriya : SOSİAL Baxış sayı : 497

QHT və MEDİA

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

2019-08-20 12:20:39

QHT və MEDİA
“Azərbaycanın müstəqillik şairləri” kit...
“Azərbaycanın müstəqillik şairləri” kit...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...