SOSİAL
A- A A+

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub

2018-11-08 09:25:27

.

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimat mərasimi keçirilib. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş hər bir rayonun məruz qaldığı maddi, mənəvi və ekoloji terror barədə danışılıb. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mehdi Mehdiyev qeyd edib ki, kitabın yazılmasında əsas məqsəd ermənilərin Azərbaycan xalqına, onun ərazilərinə vurduğu maddi, mənəvi və ekoloji ziyanı dünya ictimaiyyətinə çatdırmaqdır: “Çox təəssüf ki, BMT-nin işğal edilmiş ərazilərin qeyri-şərtsiz azad edilməsinə dair dörd qətnaməsi bu günə kimi icra olunmayıb. Bu qurumun daimi üzvlərinin bu məsələyə laqeyd yanaşması bizi çox məyus edir. Hazırda işğal edilmiş ərazilərdə çaylar çirkləndirilir, meşələr qırılır, torpaq yararsız hala salınır, qiymətli və nadir flora növləri isə məhv edilərək müxtəlif məqsədlər üçün istifadə olunur. Erməni vandalları həmin ərazilərin təbiətinə çox böyük ziyan vururlar”. M. Mehdiyev kitabın hazırlanmasında göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirib.


Kateqoriya : SOSİAL Baxış sayı : 276

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...