MÜSAHİBƏ
A- A A+

Qurudakı neft yataqlarında neftvermə əmsalı kifayət qədər yüksəkdir

2018-11-07 19:05:00

Fact-info.az saytının SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinə ünvanladığı sulları həmin qurum yazılı şəkildə cavablandırıb. Dəyərli izləyicilər yazını təqdim edirik

-Quruda indiki şəraitdə neft-qazın çıxarılmasından danışmaq istərdik. Hazırda quruda neft qaz istehsalını rentabelli hesab etmək olarmı?

-Azərbaycan Respublikasının quru ərazisində yerləşən neft və qaz-kondensat yataqlarının sənaye üsulu ilə işlənməsinə 1847-ci ildə Bibiheybət yatağında mexaniki üsulla qazılmış quyudan neft axını alındıqdan sonra başlanılmışdır. Hazırda “Azneft” İstehsalat Birliyinin balansında quruda 15 neft-qaz yatağı işlənmədədir. Qalıq çıxarıla bilən ehtiyatlardan illik hasilat tempi dəniz yataqları ilə müqayisədə nisbətən aşağı olsa da, ehtiyatlardan istifadə dərəcəsi bərabər olmuşdur. Yəni qurudakı neft yataqlarının da neftvermə əmsalı kifayət qədər yüksəkdir.

-Məlumdur ki dünyanın ən qədim neft istehsalçısı olan Azərbaycanda sənaye üsulu ilə ilk neft quyusu 1847-ci ildə qazılıb. Bu Azərbaycanın neft sənayesi üçün möhtəşəm tarixdir. Ümimiyyətlə, quruda neft istehsalınının tarixinə qısaca nəzər salaraq gələcəyini necə dəyərləndirirsiniz?

-Mәhsuldar qat (MQ) çöküntülәrindә yeni neft yataqlarının kәşf edilmәsi mürәkkәblәşir. Layların yatma dәrinliklәri artdıqca, onlarda adәtәn qaz-kondensat yataqları aşkar olunur. Neftlә bağlı axtarış-kәşfiyyat işlәri yeni texnika, texnologiya vә müasir metodikaların tәtbiqini tәlәb edәn sahәlәrdә aparıla bilәr. Quruda yeni neft yataqlarının kәşf edilmәsindә əsas istiqamәt daha dәrindә yatan vә mürәkkәb geoloji quruluşa malik Oliqosen, Miosen vә Mezazoy çöküntülәrindә neft-qaz yataqlarının axtarışı vә kәşfiyyatı ilә bağlıdır.

-Neft-qazın quruda istismarı prosesində ətraf mühütin maksimum dərəcədə qorunması üçün dünyada hansı cəlbedici metodologiyalar var və bu Azərbaycanda necə tətbiq olunur?

-Təkcə quruda deyil, həm də dənizdə ətraf mühitin qorunması sahəsində SOCAR tərəfindən görülən işlər Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində təsdiq olunmuş qanun və qaydalara, beynalxalq ekoloji konvensiyalara və SOCAR-ın müvafiq ekoloji sənədlərinə əsasən tənzimlənir. SOCAR-da atmosferə atılan çirkləndirici maddələrin və istilik effekti yaradan qazların inventarlaşdırma işləri aparılır. Müəssisələrin mənbələrindən atmosfer atılmalarının hesablanmasında qanunla qəbul olunmuş metodlarla yanaşı beynəlxalq metodologiyalardan da istifadə edilir. Emissiyaların inventarlaşdırılmasında mövcud metodikalarla hesablanması mümkün olmayan mənbələrdə atılmaların həcmləri instrumental ölçmələr vasitəsilə təyin olunur. Bu, Şirkətin gələcək planlarında həmin mənbələrdə atmosferə atılan qazların həcmi barədə daha dəqiq məlumaların əldə edilməsinə və onların atmosferə atılmasının azaldılması ilə bağlı təkliflərin verilməsinə köməklik edir. Ölçmə işləri bütün müəssisələr üzrə hər il davamlı olaraq həyata keçirilir. Hazırda ətraf mühitin mühafizəsi sahəsində yeni innovativ və ətraf mühitə dost texnologiyaların tətbiqi və təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq təcrübədən geniş istifadə edilir. Belə ki, Norveç, Almaniya kimi inkişaf etmiş ölkələrlə, həmçinin UNDP və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Ekoloji sahədə görülmüş mütərrəqi işlərə görə SOCAR Dünya Bankının “Qlobal qaz yandırmalarının azaldılması üzrə tərəfdaşlıq təşkilatı”nın mükafatını qazanmışdır.

-Keçən bu dövr ərzində neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı hansı işlər görülmüşdür?

-2006-cı ildən başlayaraq SOCAR tərəfindən mədən ərazilərində neft və neft məhsulları ilə çirklənmiş ərazilərdə kompleks ekoloji monitorinqlər aparılmış, çirklənmələrin inventarlaşdırılması işləri həyata keçirilmişdir. Mövcud bərpa texnologiyaları razılaşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) təqdim olunmuş və Nazirlik tərəfindən mexaniki və bioloji bərpa üsullarının tətbiqi məqsəduyğun hesab edilmişdir. SOCAR-in neft və neft məhsulları ilə çirklənmiş ərazilərində çirklənmənin hopma dərinliyindən, çirkləndiricilərin xüsusiyyətindən, torpaqların fiziki-kimyəvi xassələrindən və bərpa ediləcək ərazilərin gələcək təyinatından asılı olaraq razılaşdırılmış texnologiyalar tətbiq olunur. Hazırda SOCAR-ın mədən ərazilərində neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış sahələrin razılaşdırılmış texnologiyalar vasitəsilə təmizlənməsi və landşaft-arxitektura planına uyğun bərpası işləri davam etdirilir. 2006-cı ildən 01.01.2018-ci il tarixə qədər SOCAR-ın neft və neft məhsulları ilə çirklənmiş 1915 ha torpaq sahəsi rekultivasiya olunaraq bərpa edilmişdir. Mövcud çirklənmiş ərazilərin sahəsi 2115 ha təşkil edir. Rekultivasiya edilmiş ərazilərin torpaq-bitki örtüyünün bərpası məqsədilə bu ərazilərdə genişmiqyaslı yaşıllıq zolaqları salınmış və əkilmiş bitkilərə müvafiq aqrotexniki qulluq işləri həyata keçirilir.

- Məlumdur ki, quruda neft-qaz sahəsində işlər uzunmüddət davam edib və davam edəcək. Bu dönəmdə əməyin mühafizəsinin daha modern təşkili baxımından nəyi qeyd etmək zəruridir?

-Nəinki quruda, eyni zamanda dənizdəki neft-qaz yataqlarının istismarı ilə əlaqədar işlərdə çalışan bütün işçilərin təhlükəsizliyi və sağlamlığı SOCAR-da hər zaman prioritet məsələ kimi önə çəkilmişdir. İş şəraitinin təhlükəsizliyinə, işçilərin və iş yerlərinin zəruri mühafizə vasitələri ilə təmin olunmalarına, avadanlıqların, qurğuların, o cümlədən hidrotrexniki qurğuların vəziyyətinə və işçilərin təhlükəsizliyi ilə əlaqədar digər məsələlərə həmin obyektlərdə çalışan rəhbər mühəndis-texniki işçilər tərəfindən, neftqazçıxarma idarələrinin, həmçinin “Azneft” İB-nin müvafiq şöbələri və struktur bölmələri, əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyaları tərəfindən nəzarət olunur. Mütəmadi olaraq aidiyyəti üzrə yoxlamalar keçirilir, aşkar edilən uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Quruda neft-qaz sahəsində əməyin mühafizəsinin daha modern təşkili baxımından texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və insan əməyinin yüngülləşdirilməsi məqsədi ilə müxtəlif təyinatlı qurğu va avadanlıqların mərhələlərlə yeni nəsil avadanlıqlarla əvəz edilməsini, işçilərin əməyin təhlükəsizliyi sahəsində biliklərinin artırılması məqsədilə təlim-kursların təşkilini, işlərin planlaşdırılmış şəkildə icra edilməsini, yerinə yetirilən işlərdə risklərin qiymətləndirilməsi prosedurlarının tətbiq olunmasını və s. göstərmək olar.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 720

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...