TƏDQİQATLAR
A- A A+

9 dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində

2018-11-07 09:40:54

Cənubi Qafqazın ən kiçik və ən zəif ölkəsində növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra ekspertlər müəyyən proqnozlar verməyə cəhd göstərirlər

Baş nazir Nikol Paşinyanın öncədən planladığı ssenari əsasında Ermənistan addım-addım sözdə qanuni olaraq bu hadisəyə doğru gedir. Prezident Armen Sarkisyanın seçki ilə bağlı fərman imzalaması ilə növbədənkənar parlament seçkisinin keçiriləcəyinə əminlik yarandı. Ancaq Ermənistanın içində olduğu siyasi və geosiyasi proseslərin qısa müqayisəsi göstərir ki, burada vəziyyət heç də stabil deyil. İstənilən an qeyri-müəyyənlik arta bilər. Onun mənbəyi isə yalnız daxildə deyil, xaricdə də ola bilər. Bu ölkə o dərəcədə qarışıq və ziddiyyətli siyasət yeridib ki, siyasi mühitdə təlatümlər qaçılmaz görünür. Ekspertlər bunun bir neçə əlamətini də göstərirlər. Bütün bunlar Ermənistanda erkən seçkinin yarada biləcəyi siyasi və geosiyasi problemlərin üzərində dayanmaq ehtiyacını meydana gətirir.

Paşinyanın təzyiqləri: erməni siyasi mühitinin qarışıqlığı

Ermənistan prezidenti erkən parlament seçkisinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Seçkini bu ilin dekabr ayının 9-da keçirmək nəzərdə tutulub. Bu qərar parlamentdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi rədd edildikdən sonra qəbul olunub. Əslində, ssenari Nikol Paşinyana məxsusdur. O, baş nazir postundan istefa verməzdən öncə siyasi qüvvələrlə danışaraq özündən başqa birisinin namizədliyinin verilməməsi haqqında razılıq almışdı. Parlamentdəki iri fraksiyalar olan “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” faktiki olaraq “Yelk”in mövqeyini dəstəkləmişdilər. N.Paşinyan da bir neçə naziri istefaya göndərmişdi. N.Paşinyanın siyasi qüvvələr qarşısında qoyduğu əsas şərt baş nazir postuna ondan başqa kimsənin namizədliyinin irəli sürülməməsi ilə bağlı idi. Bu səbəbdən iki dəfə parlament N.Paşinyanın baş nazir təyin edilməsi ilə bağlı verilən təklifə baxıb və öncədən müəyyən edilmiş ssenariyə uyğun olaraq ona səs verilməyib. Ermənistan konstitusiyasına görə, bu halda parlament buraxılır və 30-45 gün ərzində yeni seçki təyin edilir.

Artıq parlament buraxılıb və Ermənistan növbədənkənar seçkiyə hazırlaşır. Ekspertlər prosesin bu cür gedişinin geosiyasi tərəfləri haqqında fikirlərini bildirirlər. Burada daha çox iki kontekstə diqqət yetirilir. Birincisi, ABŞ-ın bu vəziyyətə münasibəti. İkincisi, Rusiyanın yaranmış duruma reaksiyası. Hər iki aspekt üzrə ziddiyyətli tezislər irəli sürülür. Ekspertlər Amerika ilə Rusiyanın maraqlarının Ermənistanda toqquşduğu qənaətindədirlər. Onların əksəriyyəti hesab edir ki, bu mövqelər hətta barışmaz səviyyədədir. Belə ki, Moskva hesab edir ki, N.Paşinyan Vaşinqtonun layihəsidir. Amerikanın başlıca məqsədi isə Ermənistandan Rusiyanı sıxışdırmaqdan ibarətdir. Vaşinqton bunun üçün Gürcüstanda baş verənlərə oxşar ssenari üzrə hərəkət edir. Yəni əsasən ictimai rəyi antirusiya müstəvisinə yönəltməyə çalışır və eyni zamanda, sosial şəbəkələr, QHT-lər vasitəsilə təşkilatlanmış fəaliyyət təşkil edir.

Rusiyalı ekspertlərin fikrinə görə, N.Paşinyanın hakimiyyətə gətirilməsi məhz bu ssenari üzrə gedib və bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills açıq etiraf edib. R.Millsin Ermənistan-Amerika ticarət palatasının tədbirindəki çıxışına Moskva dərhal reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı bildirib ki, "Vaşinqton nümayişkaranə tərzdə xarici ölkələrin daxili işlərinə qarışır" (bax: США боятся провала Пашиняна на выборах, заявил эксперт / РИА Новости, 23 oktyabr 2018). Bunu o, amerikalı səfirin ölkəsinin Ermənistanda müəyyən qruplara və şəxslərə bir neçə on ildir ki, aktiv dəstək verdiyi və "vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün" əlavə 26 milyon dollar yardım ayırdıqları haqqında dediyi fikirlərə qarşılıq olaraq ifadə edib. İqtisadiyyat üzrə Ali məktəbin "Dünya siyasəti və iqtisadiyyatı" fakültəsinin dekanı professor Andrey Suzdaltsev isə belə fikirdədir ki, hazırkı məqamda "Ermənistan ictimai həyatının yenidən formatlandırılması baş verir" (bax: əvvəlki mənbəyə). A.Suzdaltsev fikirlərinə davam edərək deyib: "Ermənistandakı ABŞ səfirliyi postsovet məkanında ən böyüyüdür. Balaca bir ölkə üçün bu, çox iri görünür" (bax: əvvəlki mənbəyə). Bunda Vaşinqtonun məqsədi erməni cəmiyyəti, siyasiləri və gəncləri ilə aktiv işləməkdən ibarətdir. Bu proses, ekspertin sözünə görə, uzun müddətdir ki, davam edir.

"Tərsinə sayım": kimin xeyrinə?

Rusiyalı alim konkret olaraq Nikol Paşinyanın komandasını ABŞ-a bağlayır. Onun kadrları bütöv halda erməni diasporunun nümayəndələrindən təşkil olunub. Vaşinqtonun emissarlarının İrəvana olan daimi səfərləri "faktiki olaraq onların özününkülərlə ünsiyyətindən başqa bir şey deyildir" (bax: əvvəlki mənbəyə). Bu məqam erkən seçkilərin keçirilməsi kontekstində daha həssas problemin mövcudluğuna işarə verir.

Məsələ ondan ibarətdir ki, Moskva N.Paşinyanı ABŞ-ın kadrı kimi qəbul edirsə, indi Ermənistanda müşahidə edilən siyasi proseslərin arxasında da xarici qüvvələrin dayandığı qənaətindədir. Deməli, erkən seçki də Amerikanın sifarişidir. Bəs bu vəziyyətə Rusiya hansı addımlarla cavab verə bilər?

Anlaşılan odur ki, hələlik Kreml də Ermənistanda vəziyyəti kəskinləşdirməyə getmək istəmir. Bunun əsas səbəbi bütövlükdə Cənubi Qafqazda bir geosiyasi qarışıqlığın meydana gəlməsi ehtimalının çox olmasıdır. Bu baş versə, Rusiyanın illərdir burada yaratdığı "geosiyasi sistem" laxlaya bilər. Digər tərəfdən, Dağlıq Qarabağda təxribatçı hadisələr baş verər ki, Moskva üçün əlavə problemlər meydana gələr. Ən azından situasiyaya Kremlin tam nəzarət etdiyi barədə formalaşmış fikir şübhə altına alınmış olur. Nəhayət, bu tendensiya Cənubi Qafqazda antirusiya əhval-ruhiyyəsini alovlandıra bilər.

Bütün bunlara görə, Moskva hələlik çox ehtiyatlı tərpənir və daha çox müşahidə edir. Çox güman ki, həlledici məqamda Rusiyanın müdaxiləsi sərt və qəti olacaq. A.Suzdaltsev də xəbərdarlıq edir ki, əgər rəsmi İrəvan ölkədə ABŞ hərbi bazasının yerləşdirilməsi qərarını alsa, onda vəziyyət kəskin surətdə dəyişər. Moskva vəziyyətə dərhal müdaxilə etməli və erməniləri "sakitləşdirməlidir".

Onu deyək ki, Ermənistanda siyasi durumun bu cür qarışıq və riskli olduğunun fərqinə varanlar vardır. Onlar Rusiyanın heç bir şərt altında Ermənistanı əldən vermək istəməyəcəyini proqnozlaşdırırlar (bax: məs., Новая атака России против Армении / Lragir.am, 2 noyabr 2018).

Bu qısa müqayisələrdən belə nəticə çıxara bilərik: bu il dekabrın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkisi ümumən, Ermənistanın sosial-siyasi həyatında qeyri-müəyyənliyi artırmağa daha çox meyillidir. Daxili siyasi qüvvələrin seçki qərarına münasibəti də bu tezisi gücləndirir. Məsələn, Robert Koçaryan növbədənkənar seçkinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs edib. O hesab edir ki, N.Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiqlər edir. Hətta bir qrup bloger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat verib.

Bütövlükdə Ermənistan siyasi mühiti seçki öncəsi parçalanmış haldadır. Burada özündən razı Paşinyan tərəfdarları ilə yanaşı, gələcək siyasi həyatından ehtiyatlanan “sarkisyançılar”, "koçaryançılar" və köhnə komandanın maliyyə qaynaqları da vardır. Onlar seçkidə uduzacaqları halda nələrin gözlənildiyini proqnozlaşdıra bilirlər. Bundan başqa, yuxarıdakı məqamlardan da aydın olur ki, Kreml situasiyanı diqqətlə izləyir. Əgər Ermənistanda Rusiyaya yaxın siyasi qüvvələr zərər görsə, bunun cavabı veriləcək. Bu baxımdan N.Paşinyanın seçki qanununa dəyişiklik etmək cəhdinin uğursuz sonuclanmasını təsadüfi hesab etmirik. Çox güman ki, bütün bunları nəzərə alaraq, ABŞ N.Paşinyanın seçkidə iflasa uğraya biləcəyindən çəkinir.

Əslində, doğrudan da bu seçki N.Paşinyan və onun havadarları üçün prinsipial əhəmiyyət daşıyır. N.Paşinyan qalib gəlsə, Ermənistanda siyasi proseslər Rusiyanın əleyhinə inkişaf edə bilər. Əks halda isə Amerika ciddi zərbə almış olacaq. Təcrübə göstərir ki, Moskva Ermənistanda seçki prosesini nəzarətdə saxlaya bilər. Deməli, orada kimlərinsə “qırmızı xətti” keçməsi Kremli qəzəbləndirə bilər. Qalır erməni siyasiləri arasında kimlərin bu xəttə yaxınlaşdığını hesablamaq.

Bu mövqedən baxanda Nikol Paşinyanın mövqeyi ürəkaçan görünmür. Hətta erkən seçki dekabrın 9-na təyin olunsa belə. Bir anda hər şey tərsinə dönə bilər. Onda N.Paşinyanın “cansız siyasi bədənini” xarabalıqların altından kimin çıxara biləcəyi problemi aktual olacaq. Çətin ki, buna kiminsə gücü çatsın. Hətta ABŞ-ın belə... Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 123

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...