SOSİAL
A- A A+

"İslam və ətraf mühit"

2018-11-07 08:25:41

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "İslam və ətraf mühit" mövzusunda tədbir keçirib. Tədbir 6 noyabr - Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə həsr olunub

İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Prezidentin sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Vurğulanıb ki, İnstitut tədrislə yanaşı, maarifləndirmə işlərinə də xüsusi diqqət ayırır. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif "dəyirmi masa"lar, seminarlar, treninqlər, görüşlər, sosial layihələr təşkil edilir.

Sonra Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov "İslam və ətraf mühit" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bəşəriyyətin müasir problemlərindən biri qlobal istiləşmə və iqlim dəyişikliklərinin canlıları, xüsusilə də insanı təhdid edən həddə çatmasıdır.

Ə. Niyazov ekologiyanın keçmişdəki kimi, təkcə canlı varlıqların bir-birləri ilə münasibətlərini tədqiq edən elm sahəsi deyil, eyni zamanda, ətraf mühit problemləri ilə məşğul olan sahə olaraq tərif edildiyini bildirib. Vurğulanıb ki, istər bioloji varlıqlarla münasibət, istərsə də ekosistemin ahəngi baxımından İslam dininin bəşər övladı üçün töhfələri böyükdür. Ətfraf mühit haqqında Qurani-Kərim ayələrini və Məhəmməd Peyğəmbərin hədislərini nümunə göstərən məruzəçi İbn Sina, Biruni və İbn Xəldun kimi İslam alimlərinin ətraf mühit haqqında fikirlərini misal çəkib. Ə.Niyazov nəticə olaraq qeyd edib ki, İslama görə insan təbiətə hökm edən yox, təbiətin bir üzvü olaraq onun harmoniyası içərisində öz yerini müəyyənləşdirməli və həmin qaydaya görə yaşamalıdır.


Kateqoriya : SOSİAL Baxış sayı : 234

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...