CƏMİYYƏT
A- A A+

Dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcudur

2018-11-07 07:40:52

.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biri də Azərbaycanın dövlət himnidir. Dövlət himnimiz Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Bu himn hər bir Azərbaycan vətəndaşına - yeniyetmə, gənc və yaşlılara yüksək vətənpərvərlik duyğuları aşılayır. Himn insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradaraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir məfhumdur. Dövlət himnimiz milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən, düşmənimizi xar edən bu himn dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqlədi.

Bu fikirləri Fact-info.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

Onun fikrincə, dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir. Himn həmişə milli bayraqla-dövlət bayrağı ilə bərabər tutulur. Məhz bu funksional yaxınlıq, dövlətçilik baxımından müqəddəslik və önəmliliyinə görə milli himn-dövlət himnini obrazlı şəkildə hər bir dövlətin, millətin ölkənin musiqi bayrağı adlandırırlar.

Daha sonra Hikmət Şikarov bildirib ki, himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Bu gün həmin himndə hansısa dəyişikliklər etmək öz tariximizə qarşı hörmətsizlik etmək deməkdir. Dövlətin atributlarına hörmət etmək vətəndaşların borcu, dövlət məmurlarının isə birbaşa vəzifəsidir. Himn o zaman dəyişdirilə bilər ki, bu məsələ ümumxalq müzakirəsində olsun. Dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcu hesab olunur. Hamı bu borcu şərəflə yerinə yetirməlidir.

Fact-info.az


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 627

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...