SOSİAL
A- A A+

Misir ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

2018-11-06 09:40:41

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin Şarm Əl-Şeyx şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak edib, tədbir haqqında, eləcə də Misir-Azərbaycan münasibətləri ilə bağlı Yaxın Şərq Xəbərlər Agentliyinə, həmçinin nüfuzlu qəzetlərə (“Ruzəl-Yusuf”, “Yaum7”, “Dostor”, “Masravy” və s.) müsahibə verib

Beynəlxalq Gənclər Forumunun əhəmiyyətinə toxunan səfir bu tədbirin dünyanın müxtəlif ölkələrindən gənclər arasında fikir mübadiləsi aparmaq üçün böyük imkanlar yaratdığını söyləyib. O, Forumda Azərbaycan gənclərinin də iştirak etdiyini bildirərək ölkəmizin bu tədbirin təqdim etdiyi məramları dəstəklədiyini vurğulayıb.

Forum çərçivəsində səfir Ərəb Dövləti Liqasının baş katibi Əhməd Əbulğeyt, Misirin mədəniyyət naziri İnas Əbdüddaim və miqrasiya naziri Nəbilə Məkrəm ilə görüşüb. T.Rzayev Misir ilə Azərbaycan arasında mövcud əlaqələrə toxunaraq siyasi, iqtisadi, mədəni münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, noyabrın 8-də Bakı-Şarm Əl-Şeyx birbaşa çarter reysinin açılacağını qeyd edərək, iki ölkə arasında turizmin, habelə ticari əlaqələrin daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Müsahibəsində səfir Azərbaycanın növbəti ildən Qoşulmama Hərəkatına ev sahibliyi edəcəyi barədə məlumat verərək, Misirin həmin Hərəkatın təsisçilərindən biri olduğunu və Azərbaycan tərəfindən Misir Prezidentinin 2019-cu ildə keçiriləcək Zirvə toplantısında iştirakı ilə bağlı dəvət məktubunun ünvanlanacağını bildirib.

Səfir son vaxtlar Misir ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin intensivləşdiyini diqqətə çatdıraraq, ticarət dövriyyəsinin artdığını bildirib, Bakının “Ekspo 2025”ə ev sahibliyi etməsi üçün namizədliyini irəli sürdüyünü, dost ölkələrin Azərbaycanın lehinə səs verəcəyinə ümid etdiyini söyləyib. Müsahibə zamanı səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycanın bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyindən söz açıb.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 158

QHT və MEDİA

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

2019-01-18 16:05:33

QHT və MEDİA
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstə...

CƏMİYYƏT

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

2019-01-17 13:20:07

CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərca...
“Times of San Diego” qəzeti Cocuq Mərca...

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratla...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...