QHT və MEDİA
A- A A+

Şura 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı qərar qəbul edib

2018-11-05 21:55:27

.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının müzakirəsi və Şuranın 2019-cu il birinci qrant müsabiqəsi barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının layihəsi haqqında geniş məlumat verib. Fərasət Qurbanov 2019-cu il birinci qrant müsabiqəsinin nəzərdə tutulan mövzuları barədə də iclas iştirakçılarını məlumatlandırıb. Şura üzvü İlqar Məmmədov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Anar Xəlilov, Nərgiz Xələf və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra gündəlikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib. Qərara əsasən noyabrın 15-də 2019-cu il birinci qrant müsabiqəsi elan olunacaq. Elanın mətni Şuranın csssn.gov.az, e-qht.az və qhtxeber.az saytlarında yerləşdiriləcək.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 141

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...