İQTİSADİ
A- A A+

“Azərbaycan regionda mühüm tranzit rolu oynayır” – Novruz Məmmədov

2018-11-05 10:10:57

“MDB bu qurumun üzv dövlətlərinin hərtərəfli əməkdaşlığı, həm regional, həm də beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirəsi və bu məsələlər üzrə qarşılıqlı fəaliyyət üçün mühüm platformadır”

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib. Baş nazir qeyd edib ki, MDB formatında daimi sıx əlaqələrin və ikitərəfli əməkdaşlığın səviyyəsi ölkələrimiz arasında qarşılıqlı anlaşmaya və etimadın möhkəmlənməsinə şərait yaradır, Birliyin inkişafında mühüm rol oynayır.

İclasın gündəliyinə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunan Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə başlanan qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması həm bizim ölkənin, həm də bütövlükdə regionun infrastrukturunun modernləşdirilməsinə mühüm töhfə verməkdə davam edir: “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan regionda mühüm tranzit rolu oynayır. Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılması Azərbaycanın yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir. İqtisadi artımın dinamikasının saxlanması, makroiqtisadi sabitliyin möhkəmlənməsi, investisiya şəraitinin yaxşılaşması, iqtisadiyyatın şaxələndirilməsinin sürətlənməsi əhalinin rifahını yüksəltməyə yönəlmiş uğurlu sosial siyasəti həyata keçirməyimizə imkan verir”.

Azərbaycanın bütün sahələrdə, o cümlədən humanitar sferada əməkdaşlığın möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Baş nazir bildirib ki, ölkəmiz humanitar əməkdaşlığın inkişafına sanballı töhfə verir: “Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə başlanmış “Bakı Prosesi” – bu il on illiyi qeyd edilən Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum tolerantlığın və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş birgə səyləri dəstəkləmək üçün səmərəli platformadır. Bu il oktyabrın 25-26-da Bakı şəhərində 86 ölkənin, 25 beynəlxalq və regional təşkilatın nümayəndələrinin iştirakı ilə, artıq ənənə halı almış, beynəlxalq mədəni və humanitar əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfə verən VI Beynəlxalq Humanitar Forum keçirildi. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarına müraciətində VI Bakı Forumunun “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunun müasir cəmiyyət üçün böyük əhəmiyyətini xüsusi qeyd edib”.

Baş nazir Novruz Məmmədov vurğulayıb ki, ənənəvi olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlar Azərbaycanın multikulturalizm dəyərlərinin və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş səylərini əyani şəkildə nümayiş etdirir: “Əminəm ki, humanitar sahədə sıx əlaqələr əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli zəmindir. Hesab edirəm ki, MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2019-2020-ci illər üçün Prioritet Tədbirlər Planının həyata keçirilməsi humanitar sferada, xüsusən təhsil, elm, mədəniyyət, idman, turizm, habelə gənclərlə iş sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə şərait yaradacaq”.

MDB məkanında nizamlanmamış münaqişələr məsələsinə toxunan Azərbaycanın Baş naziri qeyd edib ki, bu problem regional əməkdaşlığın həyata keçirilməsi və Birliyin iştirakçısı olan bütün dövlətlər arasında daha sıx qarşılıqlı fəaliyyət üçün başlıca maneədir: “Münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun şəkildə tezliklə nizamlanması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək, davamlı inkişaf üçün daha əlverişli şərait yaradacaq”.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 360

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...