QHT və MEDİA
A- A A+

Şuranın dəstəyilə Praqada "Könlüm keçir Qarabağdan" adlı tədbir keçirilib

2018-11-05 08:45:45

Çex Respublikasının Praqa şəhərində Prezident oteldə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi və "Xan Şuşinski Fondu"nun təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı möhtəşəm tədbir keçirilib.

Tədbir dahi muğam ustadı Xan Şuşinskinin əzəmətli ifası ilə başlayıb. Tədbiri Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyev açaraq Qarabağımız, milli musiqimiz haqqda ğeniş məlumat verib.

Sonra çıxış üçün söz "Xan Şuşinski Fondu"nun rəhbəri və dahi sənətkarın övladı Bəyimxanım Verdiyevaya verilib. Bəyimxanım Verdiyeva əzəli əbədi tarixi qanuni doğma vətənimiz ğözəl Qarabağımız haqqda, onun zümrüd tacı əsrarənğiz təbiəti olan Şuşa şəhərindən söz açaraq bildirib ki, bir zamanlar Şuşa şəhəri Qafqazın Konservatoriyası adlanaraq bir əsrdə tək Azərbaycana, Qafqaza deyil Şərq dünyasına onlarca dahi şəxsiyyətlər, sənətkarlar bəxş edib. "İndi sizin qarşınıza Azərbaycan xalqlnın milli-mənəvi sərvəti olan muğamlarımızdan və bir zamanlar Qarabağımızda yaşayıb yaratmış böyük ustadlarımızın yaradaraq ifa etdikləri sənət əsərlərini, mahnılarımızı milli muğam-musiqi üçlüyü tərəfindən - tarda Azərbaycan Respublikasının Xalq artisti Fikrət Verdiyev, kamançada Xəyyam Məmmədov və ğözəl sənətkar Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun ifaları sizə Qarabağımızın muğamlı, musiqili ğünlərini təqdim edəcək".

Konsertdə çox sevilən "Şuşanın dağları", "Sarı ğəlin", "Qarabağ Şikəstəsi", "Bayatı Şiraz təsnifi", "Mahur təsnifi", "Seğah təsnifi", "Çırpınırdı Qara dəniz" kimi sənət əsərləri sədləndirilib.

Tədbirdə Çexiyanın Praqa şəhərində fəaliyyət ğöstərən diplomatik korpusların nümayəndələri, səfirlər, Çex Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri və müxtəlif xalqların nümayəndələri iştirak ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 467

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...