SİYASƏT
A- A A+

Paraqvayın SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb

2018-11-03 08:55:44

Paraqvayın geniş tamaşaçı auditoriyasına malik olan SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb

Reportajda ispandilli tamaşaçılara Azərbaycan haqqında ətraflı məlumat verilir. Reportajın yayımlandığı verilişdə çıxış edən müəllif Karlos Troçe əvvəlcə Azərbaycana səfərinin təəssüratlarından danışır. O bildirir ki, Azərbaycan Xəzər dənizinin sahilində, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji resursları ilə zəngin, uzaq məsafədə yerləşməsinə baxmayaraq Latın Amerikası dövlətləri, xüsusilə də Paraqvay ilə əlaqələrin genişləndirilməsində maraqlı olan bir ölkədir. Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir, gələcəkdə Paraqvayda konsulluğunun açılması nəzərdə tutulur. Son vaxtlar Azərbaycan ilə Paraqvay arasında əlaqələr intensivləşir. Hər iki ölkənin bir-birinə diqqətini cəlb edən məqamlar var.

Karlos Troçe Azərbaycana səfərinin və reportajı hazırlamaqda məqsədinin Latın Amerikası ölkələrinin xalqlarını bu ölkə ilə yaxından tanış etmək olduğunu bildirir. O, Azərbaycan ilə Latın Amerikası ölkələri arasında münasibətlərin genişlənməsinin tərəflər üçün faydalarını qeyd edir.

Reportajda Azərbaycanın tarixinə qısa ekskursiya edilir, əlverişli coğrafi mövqeyi, mədəniyyəti, adət-ənənələri barədə məlumat verilir. Bildirilir ki, ötən əsrin əvvəllərində Azərbaycan dünya neft bazarındakı neftin yarısını təmin edib. Azərbaycan çox zəngin, tolerant, dünyəvi bir ölkədir. Azərbaycan enerji resurslarından əldə olunan gəlirləri ölkənin inkişafına sərf edir. Paytaxt Bakıdakı tikililər həm qədimliyi, həm də müasirliyi ehtiva edir. Azərbaycan Latın Amerikası ölkələri, xüsusilə də Paraqvay ilə ticari-iqtisadi, mədəni əlaqələrini genişləndirir. Azərbaycan Paraqvaydan ət idxalında maraqlıdır.

Reportajda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərbaycan ilə Latın Amerikası ölkələri, xüsusilə Paraqvay arasında əlaqələrin inkişafına dair fikirlərinə də yer verilir. Əli Həsənov deyir: “Əgər siz Azərbaycanda fəaliyyət göstərən restoranları gəzsəniz əminəm ki, Paraqvaydan idxal olunan ətdən istifadə edildiyini görəcəksiniz. İndi qida təhlükəsizliyinə nəzarət edən qurum ət idxalının təminatına da nəzarət edir. Düşünürəm ki, biz gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəyik”.

Müəllif qeyd edir ki, Azərbaycan tərəfi, öz növbəsində, paraqvaylı gənclərə ölkədə bakalavr və magistr pillələrində təhsil üçün təqaüd almaq imkanı yaradır. Azərbaycanın sürətli inkişafının əsas səbəblərindən biri də neft və qaz ixracından gələn gəlirlərin bir hissəsini təhsilə yatırmasıdır. Ölkədə yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, işsizliyin səviyyəsi də demək olar ki, sıfıra düşüb.

Reportajda Prezidentin köməkçisi Əli Həsənov qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi, energetika baxımından lider ölkədir. Biz əlaqələrimizin inkişaf etməsini istəyirik. Azərbaycanla Paraqvay arasında əlaqələrin dərinləşməsi təkcə sərmayə baxımından deyil, texnologiya, təhsil sahələrində də əməkdaşlığa təkan verəcək.

Verilişin aparıcısının “Biz Azərbaycana necə gedə, viza məsələlərini necə həll edə bilərik” sualına cavabında Karlos Troçe deyir: “Bayaq dediyim kimi, Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir. Paraqvaydan Azərbaycana səfər etmək üçün isə Argentinaya getməyə ehtiyac yoxdur. Azərbaycanda “ASAN viza” sistemi fəaliyyət göstərir. Beləliklə, səfirliyin səhifəsində paylaşdığı linkə daxil olmaq və onlayn qaydada, çox rahat, çox asan, üç saat müddətində viza almaq mümkündür”. Aparıcı heyrətlə deyir: “Bu, inanılmazdır”. Reportajda Azərbaycan xalq mahnılarının fonunda Bakının gəzməli-görməli yerlərindən videokadrlar göstərilir.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 331

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...