CƏMİYYƏT
A- A A+

Böyük dönüşə yol açan tarixi çağırış

2018-11-02 11:40:19

Hər bir xalqın və dövlətin tarixində həlledici, taleyüklü anlar, əsaslı dönüş məqamları vardır. Bu kimi məqamlarda xalqın önündə, dövlətin sükanı arxasında güclü, müdrik liderlər olması həyati önəm daşıyır

Yalnız bu halda ən çıxılmaz görünən böhranlardan qurtulmaq, ən çətin sınaqlardan uğurla çıxmaq mümkün olur. Dövləti və dövlətçiliyi qorumağa çalışan qüdrətli, uzaqgörən liderlər belə ağır dönəmlərdə ilk növbədə öz xalqına, millətin yekdil dəstəyinə arxalanırlar. Təbii ki, xalq da qurtuluş və nicatını öz xilaskar liderinin göstərdiyi yolda, apardığı siyasətdə gördüyü üçün onu birmənalı şəkildə dəstəkləyir.

2 Noyabr 1993-cü il Azərbaycan xalqının və dövlətinin tarixi taleyində belə bir həlledici dönüş məqamıdır. Ümummilli Lider Heydər Əliyevin həmin gün televiziya və radio ilə Azərbaycan xalqına müraciət etməsi, hər bir azərbaycanlını doğma vətənin, müstəqil dövlətimizin müdafiəsinə səsləməsi 1993-cü ilin 2 Noyabrını əlamətdar tarixə çevirdi. Heç şübhəsiz, müasir dövlətçilik tariximizdə xüsusi yer tutan bu hadisənin dəyər və əhəmiyyətini tam dəqiqliklə anlamaq üçün həmin dövrü yenidən xatırlamaq, o dönəmdəki vəziyyətə bir daha nəzər salmaq vacibdir.

Məlumdur ki, o ərəfədə torpaqlarımız uzun zamandan bəri davamlı olaraq düşmən işğalına məruz qalmaqda, dövlətçiliyimiz ciddi təhlükə ilə üzləşməkdə, milli əzm və iradəmiz amansız sınağa çəkilməkdə idi.

1988-ci ildən etibarən aktiv mərhələyə keçən erməni təcavüzü, respublikaya bir-birinin ardınca naşı, zəif, bəsirətsiz insanların başçılıq etməsi üzündən Azərbaycan xalqı müdhiş fəlakətə düçar olmuşdu. Respublika dərin iqtisadi və sosial-siyasi böhrana yuvarlanmış, hər sahədə hərc-mərclik yaranmışdı. Ümumiyyətlə, müstəqilliyin bərpasından sonrakı dönəm mürəkkəb və qarışıq mərhələ, dövlət quruculuğuna başdansovdu yanaşıldığı dövr kimi yaddaşlara həkk olunub. Eyni səriştəsizlik, başıpozuqluq, səbatsızlıq ordu quruculuğu sahəsində də özünü göstərirdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan, milli dövlətçilik mənafeyindən uzaq adamlar Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilir, orduda şəxsi mənafelər önə çəkilirdi.

Peşəkar zabit kadrlarının çatışmaması, olanların da prosesdən kənarda saxlanması həddindən artıq ağır nəticələr vermişdi. Daxildə siyasi vəziyyətin qeyri-sabitliyi ilə əlaqədar ordunun mütəşəkkilliyi olduqca aşağı səviyyədə idi. Ordunun əsasını təşkil edən hərbi hissələr müxtəlif siyasi qrupların təsiri altında fəaliyyət göstərirdi. Belə acınacaqlı şərait torpaqlarımızın müdafiəsini təşkil etməyə imkan vermir, əksinə, ordumuzun öz mövqelərini sürətlə itirməsinə yol açırdı.

Fürsətdən bəhrələnən erməni işğalçıları hücuma keçərək cəbhəboyu ərazilərimizdə xeyli irəliləmiş, rayonlarımızı zəbt etmişdi. Proseslərin gedişatı göstərirdi ki, get-gedə azğınlaşan düşmən durub-dayanmaq bilmədən irəliləmək, yeni rayonlarımızı ələ keçirmək niyyətindədir. Həmin ağır, mürəkkəb dönəmdə xalqımız müdrik seçim edərək öz dahi övladının - qüdrətli şəxsiyyət, nəhəng siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışını, Azərbaycan Respublikasının Prezidenti seçilməsini yenicə təmin etmişdi.

Ölkə məhz belə gərgin vəziyyətdə ikən Ümummilli Lider Heydər Əliyev 1993-cü il Noyabrın 2-də Azərbaycan xalqına, ölkə ictimaiyyətinə son dərəcə təsirli bir müraciət ünvanladı. Çağırış ruhlu, milli səfərbərlik məzmunlu bu müraciət müasir dövlətçlik tariximizdə və ordu quruculuğu salnaməmizdə parlaq bir səhifə oldu.

Ulu Öndər xalqı dövlətçiliyimizin qorunmasına, ərazi bütövlüyümüzün müdafiəsinə səslədiyi bu müraciətində mövcud hərbi-siyasi şəraiti dəqiq xarakterizə edərək, ordu quruculuğu ilə bağlı məsələləri, qarşıda duran təxirəsalınmaz vəzifələri aydın və hərtərəfli şəkildə müəyyənləşdirdi.

Azərbaycanda ordu quruculuğunun əsaslarını müəyyənləşdirən bu müraciətdə hərbi quruculuğun dünya təcrübəsi öz əksini tapmışdı. Eyni zamanda, burada hərbi çağırış və səfərbərliklə bağlı ümdə məsələlər, bu sahədəki Azərbaycan reallıqları, milli xüsusiyyətlərlə bağlı cəhətlər də yer almışdı.

Strateji planda ordu quruculuğunun bütün istiqamətləri: ordu və dövlət, ordu və xalq, çağırış-səfərbərlik işi və ictimaiyyət, hərbi quruculuq və maddi baza, hərbi iş və mənəviyyat, ordu quruculuğunda milli kadrlar, nizam-intizam kimi vacib məsələlər tamamilə aydın və anlaşıqlı şəkildə əks olunmuşdu.

Dahi liderin ölkədəki mürəkkəb vəziyyətin səbəblərinə də toxunulan müraciətdə, eyni zamanda, həmin vəziyyətdən çıxmağın yolları da detallı qaydada göstərilmişdi. Bu tarixi müraciət, onun parlaq nəticələri xalqın öz dahi liderinə haqlı inam və etimadının, dövlət rəhbərinin isə doğma xalqına ümid və güvəncinin misli görünməmiş nümunəsinə çevrildi.

Müraciət yeni ordu quruculuğunun nəzəri əsaslarını müəyyənləşdirən mühüm bir sənəd, qeyd etdiyimiz kimi, ilk növbədə, xalqa, vətəndaşlara ünvanlanmış hərarətli çağırış idi. Ulu Öndər bu müraciətlə bütün xalqı, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşı Vətənin müdafiəsi kimi müqəddəs vəzifə, ali amal naminə sıx birləşməyə çağırırdı. Onun bu çağırışı cəmiyyətdə böyük əks-səda doğurdu, xalq bu müraciətə böyük ruh yüksəkliyi ilə cavab verdi.

Ümummilli Lider 2 Noyabr 1993-cü il tarixli müraciətinin ardından vətəndaşlarla bu mövzuda silsilə görüşlərə start verdi. Ulu Öndər müraciətdə yer verdiyi məsələlərlə bağlı ictimaiyyət nümayəndələri, müharibə veteranları, siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələr apardı. Beləliklə, yeni ordunun formalaşdırılması üçün ideya şəklində olan fikirlərin həyata keçirilməsinin uğurla təmin olunmasına başlandı.

Nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz qərarlar qəbul edildi, zəruri addımlar atıldı, orduda komplektləşdirmə işlərinə diqqətlə baxıldı, idarəetmə strukturları yeniləndi, bir sözlə, ordu quruculuğunda ciddi dönüşün əsası qoyuldu. Silahlı Qüvvələrə yeni, təmiz bir nəfəs gəldi, şəxsi heyətdə yüksək ovqat, əsl canlanma yarandı.

Daha sonra Ümummilli Lider Heydər Əliyev cəbhə boyunca yerləşən hərbi hissələrə yollandı, həm əsgər və zabitlərimizlə, həm də yerli ictimaiyyətlə görüşlər keçirdi. Silahlı Qüvvələrin yenidən formalaşdırılmaqda olan hissə və bölmələrinin vəziyyəti, cəbhə qayğıları, döyüş əhval-ruhiyyəsi şəxsən ölkə Prezidentinin, Ali Baş Komandanın iştirakı ilə yerindəcə yoxlanıldı. Təcili görülməli olan işlərin icrası üçün konkret tapşırıqlar müəyyənləşdirildi.

Heydər Əliyev Azərbaycan torpaqlarının müdafiəsi üçün bir tərəfdən bütün dövlət orqanlarını hərbi-təşkilati işə səfərbər etdi, onların gərgin və davamlı fəaliyyətinə nail oldu. Digər tərəfdən isə, bütövlükdə xalqı Vətənin müdafiəsinə səfərbər edərək, əhali ilə ordu arasındakı əlaqələri gücləndirdi, cəbhədə vuruşanlara diqqət və qayğıda ciddi canlanma baş verdi. Bu müraciətdən sonra Azərbaycan ordusunun döyüş hazırlığı və imkanları qısa vaxt ərzində xeyli yüksəldi. 1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində hərbi sahədə böyük müsbət dəyişikliklər müşahidə olundu.

Məhz həmin vaxt ölkənin Silahlı Qüvvələri Ermənistan hərbi birləşmələrinə qarşı uğurlu hücum əməliyyatları keçirərək, Ağdam, Füzuli, Kəlbəcər rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini geri aldı. Həmin əməliyyatlardan sonra Ermənistan ordusunun irəliləməsi birdəfəlik dayandırıldı. Atəşkəsdən sonra Azərbaycan Silahlı Qüvvələrinin klassik ordu quruculuğuna, eyni zamanda, ən müasir standartlara uyğun təşkili üçün imkanlar yarandı və həmin istiqamətdə fəaliyyət bu günə qədər də davam etməkdədir. Ordumuzun bu yaxınlarda qazandığı Aprel və Günnüt zəfərləri də Ulu Öndər Heydər Əliyevin 2 Noyabr 1993-cü il tarixli şanlı müraciətinin yol açdığı uğurların məntiqi davamıdır.

Bu gün fəxrlə demək olar ki, o tarixi müraciətdə nəzərdə tutulmuş və dövlətimizin inkişafı naminə irəli sürülmüş bütün prinsiplər uğurla gerçəkləşdirilib. Ordu-xalq, ordu-dövlət, ordu-vətəndaş cəmiyyəti kimi mühüm istiqamətlərdə çox ciddi irəliləyişlər əldə edilib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu 15 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz əzmi və iradəsi, davamlı diqqət və qayğısı nəticəsində günbəgün inkişaf edir.

Ölkəmizdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış sahəsində də böyük dönüş mərhələsi məhz Ulu Öndərin 2 Noyabr 1993-cü il tarixli müraciətinin nəticəsi olaraq başlanıb. Dahi Heydər Əliyevin bu müraciəti həm müvafiq strukturlarda çalışan, xidmət edən kadrların, həm də ümumən vətəndaşların hərbi çağırış və səfərbərlik barədə anlayışını xeyli genişləndirdi və dərinləşdirdi. Bu sahədə fəaliyyətin günün, hətta yaxın gələcəyin tələblərinə uyğun qurulması, vətəndaşların ordu sıralarına yüksək vətənpərvərlik duyğuları ilə yollanması prosesinin əsası məhz Ulu Öndərin 2 Noyabr 1993-cü il tarixli çağırışı ilə qoyuldu.

Ümummilli Liderin xalqa müraciətinə əsasən, Azərbaycanda hərbi çağırış və səfərbərlik işi tamamilə yeni keyfiyyət müstəvisinə keçdi, bu sahədə davamlı islahatlara start verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 13 fevral 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da, heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin tarixi müraciətinin məntiqi bəhrəsidir. Gənc nəslin vətənpərvərlik tərbiyəsi və orduda xidmətə hazırlığının, vətəndaşların hərbi xidmətə çağırışının, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsinin təşkili yönündə Dövlət Xidməti mühüm nəticələr əldə edib və bu istiqamətdə yeni nailiyyətlər naminə inamla fəaliyyət göstərməkdədir.

Emin HƏSƏNLİ QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 123

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...