SİYASƏT
A- A A+

“Azərbaycanın nüfuzunun artması reytinq cədvəllərində irəliləməsinə gətirib çıxarır”

2018-11-02 09:45:11

“Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşıb. Dünyada neftin qiymətinin düşməyi ilə bağlı çox ciddi proseslər getdi. Əslində bu, siyasi mahiyyət daşıyırdı. Neft hasili və ixracı ilə məşğul olan bir dövlət kimi şübhəsiz ki, bunun Azərbaycana da öz təsiri var idi. Bu zaman cənab Prezidentin göstərişi ilə 9 istiqamət üzrə islahatlar planı, qeyri-neft sektorunun, kənd təsərrüfatının, həmçinin ixrac potensialı olan digər sahələrin inkişafına dair konvensiyalar hazırlandı”.

“Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşıb. Dünyada neftin qiymətinin düşməyi ilə bağlı çox ciddi proseslər getdi. Əslində bu, siyasi mahiyyət daşıyırdı. Neft hasili və ixracı ilə məşğul olan bir dövlət kimi şübhəsiz ki, bunun Azərbaycana da öz təsiri var idi. Bu zaman cənab Prezidentin göstərişi ilə 9 istiqamət üzrə islahatlar planı, qeyri-neft sektorunun, kənd təsərrüfatının, həmçinin ixrac potensialı olan digər sahələrin inkişafına dair konvensiyalar hazırlandı”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, bu islahatlar iqtisadiyyatla yanaşı struktur dəyişikliklərinə də səbəb oldu: “Konstitusiyada, qanunlarda dəyişiklik oldu. Hökumətin heyəti yenilənərək gənc, istedadlı kadrlar hakimiyyətə gətirildi. ASAN xidmətin rolu daha da artdı, bu, şəffaf, korrupsiyasız təşkilat dünyada Azərbaycan brendi olaraq nümunə göstərildi. Belə olan halda islahatlar öz bəhrəsini verməyə başladı. Adi hal sayılsa da bu gün artıq Rusiya və digər bu kimi dövlətlərlə yanaşı ərəb ölkələri də nar məhsulu almaq istəyini bildirirlər. bu o deməkdir ki ixrac şaxələnir, ölkəyə valyuta daxil olur, insanlar işlə təmin olunur. Elə bir sahə yoxdur ki, onlar canlandırılmasın. Pambıqçılıq, üzümçülük, fındıqçılıq, tütünçülük, çəltik əkimi, bir sözlə bütün sahələrdə artıq yüz minlərlə insan işə cəlb olunub və evlərinə əmək haqqı aparırlar”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda regionların iqtisadi proqramları həyata keçirilir: “Azərbaycan enerji təchizatına görə dünyada 1-ci ölkə sırasına çıxdı. Çox ciddi hava, dəmir yolları, şose yolları şəbəkəsini yaradılır. Hər il orta hesabla 1200 km-dən artıq yollar çəkilir. Bu həm iqtisadiyyat, həm də mədəniyyət deməkdir. Prezident İlham Əliyev güclü lider kimi ölkəsini inkişaf etdirir. Tarixə kiçik ekskursiya etdikdə görərik ki, dövlətlərdə, o cümlədən Azərbaycan yalnız güclü liderlər olanda çox böyük memarlıq abidələri yaradılır, ziyalılar yetişir, bütün sahələrdə inkişaf olur. Bu da göz qabağındadır ki, indi Azərbaycanda islahatlar daha sürətli, davamlı şəkildə aparılır. İnanıram ki, bu proses hələ də davam edəcək, bir sıra çevik mexanizmlər işə salınacaq. Artıq Azərbaycan çox ciddi loqistika, nəqliyyat mərkəzləri, gəmiçilik, avtomobil, böyük ticarət, aqro, sənaye parklarının əsası qoyulub. Demək olar ki, Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi müstəqilliyi və təhlükəsizliyi tam təmin olunub. Gələn il daha çox məhsul istehsal olunacaq, ixrac ediləcək. Azərbaycanın iqtisadi, siyasi gücü getdikcə artır. Dağlıq Qarabağ məsələsinin həllinə daha çox yaxınlaşırıq. Azərbaycanın artıq beynəlxalq nüfuzu artır və bu da reytinq cədvəllərində möhkəmlənməsinə, irəliləməsinə gətirib çıxarır”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 710

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...