MÜSAHİBƏ
A- A A+

Siyasi şərhçi: Qərb Ermənistanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsinin olmadığını anlamalıdır

2018-11-01 09:20:00

Qərbin ayrı–ayrı institutları anlamalıdırlar kı, Ermənistanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur

Söhbət faktiki olaraq güc yolundan, şantajdan istifadə edərək hakimiyyətin zorla ələ alınmasından gedir. Bu ölkədəki sonrakı hadisələr bir daha göstərdi ki, populizmə üstünlük verən, xalqın emosional əhvalından istifadə edən siyasi liderlər hakimiyyətə gəldikdən sonra siyasi kursu daha da despotik şəkildə davam etdirirlər.

Fact-info.az məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib.

Siyasi şərhçi deyib ki, Paşinyan rüşvətxorluğa, bürokratiyaya qarşı “müharibə” elan olunduğunu iddia etsə də, əslində müharibə onun siyasi rəqiblərinə qarşı elan edildi. Nəticə isə göz qabağındadır. Dekabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi Paşinyana alternativ rəqiblərin yoxluğu ölkədə siyasi və hərbi elitaların zorakı yolla uzaqlaşdırılmasının, siyasi repressiyaların və təqiblərin nəticəsidir. Məlum məsələdir ki, yeni hökumətin əsas məqsədi sosial–iqtisadi islahatlar, Seçki Məcəlləsinə dəyişikliklər adı altında Qərb institutlarından bacardıqca çox maliyyə qoparmaq olacaq. Faktiki olaraq isə, həmin vəsaitlər nəzərdə tutulmuş sahələr üzrə deyil, yeni siyasi elitanın ömrünün bir qədər də uzadılmasına hesablanıb. Çoxsaylı yalvar-yaxardan sonra Paşinyan Avropadan 3 milyon avro qopara bilib. Oktyabrın 17-18-də Avropa İttifaqının xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olublar. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib. Maraqlısı odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün vaxtilə bu ölkəyə 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə salıb. Bunun nəticəsidir ki, Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaldıb. Avropa İttifaqı rəsmiləri açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Görünür, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Qərb Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı Seçki Məcəlləsinə dəyişikliklər paketi oktyabrın 30-da Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaq.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 413

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...