QHT və MEDİA
A- A A+

Şuranın dəstəyilə yaradılan QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası təqdim olunub

2018-10-31 17:10:21

Beynəlxalq Mətbuat Mərkəzində QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində hazırlanıb. C.Hüseynzadə qeyd edib ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğ edilməsindən bəhs edir.

İnternet resurslarına mobil cihazlardan girişin sürətlə artığını diqqətə çatdıran Cəsarət Hüseynzadə bu məqsədlə qhtfilm.az saytının mobil telefonlara uyğunlaşdırıldığını və eyni zamanda Android sistemli mobil telefonlar üçün NGOfilm mobil applikasiyasının hazırlandığını qeyd edib. Natiq bildirib ki, yeni bazada QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilib: “Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.

Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə çərçivəsində yaradılan yutub və feysbuq səhifələrinə da daxil edilib və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilib.

Layihə rəhbəri qeyd edib ki, bu günə kimi bazaya azərbaycan, ingilis və rus dillərində 100-dən çox film daxil edilib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov yeni yaradılan filmlər bazasının çox vacib iş olduğunu bildirərək, sayt yaradıçılarını təbrik edib. O qeyd edib ki, hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayır. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki əvvəllər layihələr çərçivəsində hazırlanmış filmlər pərakəndə şəkildə yayılırdı. Bu da filmlərə baxış imkanlarını məhdudlaşdırırdı. İndi isə istənilən film barədə məlumat almaq və filmə baxmaq imkanı olacaq.”

Vətən naminə sənədli filmlər studiyasının rejissoru Etibar Məmmədov qeyd edib ki, yeni filmlər bazası QHT-ləri daha gözəl işlər görməyə vadar edəcək. Bu həm də təşkilatların işinə nəzarət imkanını yaradacaq. Filmlərə açıq baxış filmlərin peşəkarlıq səviyyəsinə təsirini göstərəcək, film studiyaları ilə QHT-lər arasındakı münasibətlərin yaranmasına imkan yaradacaq.

Tədbirdə çıxış edən QHT sədrləri, Akif Kərimov, Niyaməddin Orduxanlı, Xatirə Vəliyeva, Ziba Nəbiyeva, Zəminə Səfərova, Nailə İsmayılova, Mətanət Əsgərzı, Əkrəm Bəydəmirli, Mehriban Abdullayeva, İlqar İlkin, Firuza Əsədulayeva, İrada Polad və digərləri yaradılan saytın və mobil applikasiyanın QHT-lər üçün böyük xidmət olduğunu vurğulayıb, təkliflərini irəli sürüblər.

Tədbirdə layihə və sayt haqqında videoroliklər, həmçinin NGOfilm mobil applikasiyasının yüklənməsi və istifadə qaydaları haqqında video təlimat nümayiş olunub. Tədbir müzakirələrlə davam edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 902

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...