SOSİAL
A- A A+

20 Yanvar İctimai Birliyi Aprel şəhidinin xatirəsinə həsr olunmuş tədbir keçirib

2018-10-30 08:20:38

20 Yanvar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsini icra edir

Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində Aprel şəhidimiz Müşfiq Arif oğlu Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Fact-info.az-a verilən məlumata görə, tədbirdə 20 Yanvar İB-nin sədri, layihə rəhbəri Sultan Əzimzadə, istefada olan hərbi qulluqçu Mustafa Əliyev, şəhidin atası Arif Orucov, general-leytenant Yaşar Aydəmirov, general –mayor Məmmədhuseyn Sarıyev, polkovnik Hikmət Agayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, kapitan Anar Məmmədov, polkovnik Həsən Əmirov, kapitan Anar Məmmədov, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev , AzTU-nun prorektoru İsa Xəlilov, Vision TV-nin redaktoru Fərqanə Əliyeva və universitetin tələbələri iştirak ediblər.

Layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki, hər bir gəncimizin vətənpərvər ruhda böyüməsi, gələcəkdə dövlətə layiqli vətəndaş kimi yetişməsi vacibdir. Bunun üçün ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan vətənin “Qalibiyyət Qartalları”nın gənc nəsil arasında tanıdılması, xatirələrinin yad olunması, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici tədbirlərn keçirilməsi aktual, eləcə də çox əhəmiyyətli bir məsələdir.Bu səbəbdən qəhrəmanlarımızın tanıdılması istiqamətində maarifləndirmə işlərimiz davamlı olacaq.

Layihə çərçivəsində tələbələr üçün “Vətən Igidləri ilə Tanınır” adlı kitab və buklet hazırlanıb.Bu kitabda layihə çərçivəsində seçilmiş Qəhrəmanlarımız haqqında ətraflı məlumat verilib.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 738

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...