QHT və MEDİA
A- A A+

Şuranın dəstəyi ilə “Qarabağ dünən və bugün” mövzusunda toplantı keçirilib

2018-10-26 22:30:16

.

26 oktyabr .2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsi çərçivəsində, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qarabağ dünən və bugün” mövzusunda konfrans keçirildi. Öncə Azərbaycan Dövlət himni səslənildi və daha sonra Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Layihənin rəhbəri Tahirə Məmmədova layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, əsas məqsədimiz Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və ümumilikdə erməni vandalizmi, Qarabağ həqiqətləri haqqında məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş işlər tədbirlər planına uyğun ardıcıl olaraq aparılmışdır.

Azərbaycanda fəaliyyət göstərən İrak dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fazil Avad Jebur Al-Şuvaili, Fələstinın Azərbaycandaki səlahiyyətli səfiri Abdul Kareem Raheem, Macarstan, Amerka səfirliklərinin rəsmiləri, ziyalılar və ictimaiyyət numayəndələri çıxış edərək, “Qarabağ dünən və bugün” mövzusunda keçirilmiş konfransı müsbət qiymətləndirdilər. Layihənin rəhbəri Tahirə Məmmədova “Qarabağ dünən və bu gün” layihəsini dəstəkləyən Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinə, QHT təmsilçilərinə və digər qurumlara minnətdarliğinı bildiri. Konfransda layihə çərçivəsində çap olunmuş “Qarabağ dünən və bu gün” kitabı və hazırlnmış “Qarabağ dünən və bu gün” sənədli filimləri konfrans iştirakçılarına paylanıldı.

Toğrul

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 600

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...