QHT və MEDİA
A- A A+

Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yürütdüyünü təsdiqlədi

2018-10-26 20:20:05

Artıq müxtəlif istiqamətlərdə bir sıra beynəlxalq humanitar tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edən Azərbaycan bununla beynəlxalq arenada öz tarixi mədəniyyətinin nə qədər qədim kökə malik olduğunu, qədim sivilizasiya ocaqlarından biri, eləcə də müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə yaşadığı tolerantlıq məkanı olduğunu bəyan etmişdir

Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi təbiidir.

Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır. Buna görə də qloballaşan dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması, problemlərin həllinin, inkişaf yollarının müzakirə olunması üçün belə tədbirlərin ölkəmizdə keçirilməsi olduqca vacibdir. VI Bakı Beynəlxalq Humanitar Forumuna 90-dan çox ölkənin nümayəndələri qatılıb Bu, o deməkdir ki, Forumda müzakirə edilən bütün mövzular həmin ölkələrə çatdırılacaq. Forumda Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgənin erməni işğalı altında olmasını və Azərbaycanın humanitar fəlakətlə üzləşən dövlətlərdən biri olmasını, işğal edilmiş ərazilərdə mədəni sərvətlərimizin, tarixi, dini abidələrimizin dağıdılmasını forum iştirakçılarına çatdıran Prezident İlham Əliyev bununla bağlı beynəlxalq səviyyədə qəbul olunan qərar və qətnamələrin yalnız kağız üzərində qaldığını və icra edilmədiyini də vurğulamışdır.

Təbii ki, bu faktların dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrə çatdırılması, Azərbaycan Respublikasının üzləşdiyi ağır fəlakətlərdən dünya ictimaiyyətinin bir daha xəbərdar olmasına və qloballaşan dünyada beynəlxalq müstəvidə əməkdaşlığa can atan bir dövlət kimi tanınmasına stimul yaradacaq və tərəfdaşlarının sayının artması üçün bir impuls olacaqdır.

Bu gün dünyanın müxtəlif ölkələrində əks-səda doğuran Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq arenaya Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətlərin Azərbaycanda azad və demokratik siyasi mühit yaratdığını və dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yeritdiyini bir daha təsdiqləmiş oldu.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 435

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...