SOSİAL
A- A A+

20 Yanvar İctimai Birliyi yeniyetmə və gənclərlə növbəti görüşünü keçirib

2018-10-26 19:15:12

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi 25 oktyabr 2018-ci il tarixində 20 Yanvar İctimai Birliyi, “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində Şəhid Milli Qəhrəman Çingiz Salman oğlu Qurbanovun xatirəsinə həsr olunmuş Xətai rayonu Humanitar Fənlər Təmayüllü məktəb-liseydə, şagirdlərlə görüş keçirib.

Fact-info.az-a daxil olan məlumata görə, tədbirdə 20 Yanvar İB-nin işçi heyəti, layihə rəhbəri Sultan Əzimzadə, sədr müavini istefada olan hərbçi Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova, mühasib həmçini Sosial İqtisadi Araşdırmalar İB-nin sədr müavini Fərqanə Əliyeva , Xətai rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Bayrağı ordenli Hikmət Ağayev, Azərbaycan Bayrağı ordenli polkovnik – leytenant Emin Əliyev, polkovnik – leytenant Hacı Məmmədov, polkovnik Qarabağ və Çernobıl veteranı Həsən Əmirov, şəhidin atası Salman Qurbanov, liseyn müəllim və şagirdləri iştirak etmişlər.Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər ifa edib.

Layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki, təşkilat olaraq həyata keçirdiyimiz layihələr zamanı gənclərimizin vətənpərvərlik yönümündə necə həvəsli olduqlarının şahidi olduq, lakin vətənpərvərliyin təbliği istiqamətində maarifləndirmə işinin aparılması, qəhrəmanlıq tariximizin tanıdılmasında müəyyən boşluqlar hələ də vardır. Bunu nəzərə alaraq, yeniyetmə və gənclər üçün layihə çərçivəsində “Vətən İgidləri İlə Tanınır” adlı kitab və buklet hazırlanmışdır. Etiraf etməliyik ki, gənclərimiz Milli qəhrəmanlarımızı, vətən üçün canından keçən şəhidlərimizi heç də o qədər yaxından tanımır, onlar haqqında daha ətraflı və geniş məlumata sahib deyillər. Adı çəkilən kitab və bukletlərdə layihə çərçivəsində seçilmiş qəhrəmanlarımız haqqında məlumat verilmişdir.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 416

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...