SİYASƏT
A- A A+

Prezident Administrasiyasının rəsmisi: Paşinyanın açıqlamaları destruktiv xarakter daşıyır

2018-10-25 06:55:44

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qondarma rejimin danışıqlar prosesinin tərkib hissəsi olması və operativ əlaqənin qurulması barədə fikirlərini AZƏRTAC-a şərh edib

Hikmət Hacıyev deyib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində iştirak etməsi barədə açıqlamaları destruktiv xarakter daşıyır və tamamilə qəbuledilməzdir. Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu davam edir. Ona görə də beynəlxalq hüququn imperativ normalarından irəli gələrək münaqişə tərəfi kimi məsuliyyət daşıyan dövlət Ermənistan Respublikasıdır. Bu kimi zərərli ritorikanın əvəzinə, mövcud format və gündəlik əsasında nəticəyönümlü danışıqlar intensivləşdirilməlidir.

“Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəldikdə isə onu deyə bilərik ki, bu, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyil. Bu kimi operativ əlaqə işçi qaydada müəyyən aşağı səviyyələr çərçivəsində qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan müəyyən təmasların olması normal haldır”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 564

QHT və MEDİA

2020-01-21 18:55:30

QHT və MEDİA
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...

Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini özünü...

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...