İQTİSADİ
A- A A+

Avropa Oyunlarının nəticəsi: Turizm sektorunda artım var

2015-08-05 09:55:30

“Azərbaycanda turizm sektorunda ən azı 20 faiz artım var”.

Bunu turizm mütəxəssisi Tural Ələsgərov deyib.(trend)

Onun fikrincə, buna səbəb bir müddət əvvəl Bakıda keçirilən Avropa Oyunları olub. Şirkətlərin turizm sektorundakı artımı artıq fevral ayından hiss etməyə başladığını deyən mütəxəssis qeyd edib ki, gələnlər Bakı ilə yanaşı, bölgələrimizdəki tarixi abidələrlə də maraqlanırlar: “Avropa Oyunları ərəfəsində Azərbaycana gələnlərin sayında xeyli artım müşahidə olundu. Təbii ki, sırf turistlərdən danışıram. Həmin vaxtı turistlər daha çox Avropa ölkələrindən gəlirdilərsə, hazırda Azərbaycana daha çox Asiya və Çindən gəlirlər. Bununla yanaşı, Türkiyə və Gürcüstandan da gələnlər az deyil”.

Azərbaycandan xarici ölkələrə də turist axınının artdığını bildirən T.Ələsgərov hesab edir ki, insanlar onlara sərfəli olan tur-paketlərə üstünlük verirlər. Mütəxəssisin sözlərinə görə, xaricə getməyə imkanı olmayanlar isə daxili tur-paketlərdən istifadə edir: “Azərbaycanda istirahət edənlər həftə sonu şimal bölgəsinə, ara günlər isə həm şimal, həm də şimal-qərb bölgəsinə üz tuturlar. Bu sırada Qəbələ ilk pillədədir. Sonra İsmayıllı, Qax, Şəki bölgəsi gəlir. Cənub zonasında isə Masallı rayonuna gedən turistlərin sayının artımı hiss olunur”.

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1070

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...