QHT və MEDİA
A- A A+

“UNEC-də bir gün” layihəsinə yenidən start verilir

2018-10-23 08:10:16

Abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsinə bu ildən magistr və MBA təhsili almaq istəyənlər də qoşula bilər

Universitetdən verilən məlumata görə, layihənin məqsədi abituriyentləri, eləcə də magistr və MBA təhsili almaq istəyənləri universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində onlara məsləhət vermək, fənlərdə dinləyici qismində iştirakına şərait yaratmaqdır. Qeyd edək ki, ötən tədris ilində “UNEC-də bir gün” layihəsində şəhər və region məktəblərindən 2000-ə yaxın şagird iştirak edib. Layihədən faydalanan şagirdlərin böyük əksəriyyəti artıq UNEC tələbəsi adını qazanıb.

UNEC ölkədə dörd dildə (Azərbaycan, ingilis, rus və türk) magistr və bakalavr pilləsi üzrə təhsili verən, eyni zamanda xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada I, II, IV və V ixtisas qrupları üzrə 21 ixtisasda bakalavr təhsili həyata keçirilir. Dünyanın nüfuzlu ali təhsil müəssisələri olan London Universiteti/London İqtisadiyyat Məktəbi, ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramları aparılır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 11 ixtisas 39 ixtisaslaşma (iqtisadiyyat və idarəetmə ixtisasları - 26-cı proqram) üzrə 4 dildə magistr hazırlığı həyata keçirilir. BMDM-də ABŞ, İsveçrə, İtaliya, Litva və Turkiyə universitetləri ilə ikili diplom proqramları reallaşdırlır. Eyni zamanda UNEC-in Magistratura Mərkəzində 9 texniki və texnoloji ixtisas üzrə 23 ixtisaslaşmada magistr təhsili aparılır.

MBA proqramı üzrə təhsil isə UNEC Biznes Məktəbində həyata keçirilir. Burada 14 ixtisas üzrə (56-cı proqram) kadr hazırlığı ilə yanaşı, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) universiteti ilə ikili dərəcə proqramı reallaşdırılır. UNEC Biznes Məktəbi EFMD-nin (İdarəetmənin İnkişafı üzrə Avro¬pa Fonduna) tam hüquqlu üzvüdür. Qeyd edək ki, 2018/2019-cu tədris ilində II ixtisas üzrə Prezident təqaüdçülərinin 75%-i, magistratura üzrə isə Respublika birincisi məhz UNEC-i seçib. “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 və 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 603

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...